Maraqlı

Qızını Adnan Oktardan xilas edə bilməyən general atanın fəryadı - FOTO

17 Avqust 2019 17:12
3 Şərh     Baxış: 3 551

Türkiyədə Adnan Oktar cinayətkar qruplaşması ilə bağlı şok məlumatlar davam etməkdədir. Eks Hava Qüvvətləri Təhlükəsizlik xidməti rəhbəri, general Yılmaz Ərdoğanın da bu təşkilatın zərərçəkənləri sırasında olduğu üzə çıxdı. O, qızı Server Görkem Ərdoğanla bağlı çarpıcı ifadələr verərək, əslində təşkilatın iç üzünü də açıb.

Milli.Az Musavat.com-a istinadən Türkiyənin nüfuzlu bir generalının öz qızını A.Oktarın əlindən necə xilas edə bilməməsindən yazır. İfadədə bir atanın bu cinayətkar təşkilata qarşı çarəsizliyi yer alır. Ərdoğanın zərərçəkən-şahid olaraq iddianamədə yer alan ifadəsi aşağıdakı kimidir: "Qızım 1982-ci il təvəllüdlüdür. Londondakı attaşe vəzifəmə görə qızım lisey təhsilini İngiltərədə tamamlayıb və City of West Minister Universitetinə girib. 2000-ci ildən etibarən təhsilinə görə İstanbulda yaşamağa başlamışdı.

Qızım daha öncə bizə ən azı həftədə bir dəfə zəng edər, yanımıza gələrdi. Yoldaşım da tez-tez İstanbula qızımın yanına gedərdi. Amma 2007-ci ildən etibarən qızım bizə zəng etməməyə, yanımıza gəlməməyə və bizim də onun yanına getməyimizi istəməməyə başladı. Qızım son olaraq 2008-ci ildə yanımıza gəldi. Həmin vaxt təyinatım Adanaya verildiyi üçün orada qalırdım. Bir daha heç gəlmədi. Biz yenə də onun yanına gedirdik".

"BAŞA SALDIM, AMMA MƏNİ DİNLƏMƏDİ"

"2010-cu ildən etibarən fiziki görüntüsü də dəyişməyə başlamışdı. Saçı açıqdı, amma qolları və sair qapalı idi. Bez parçası kimi idi. Elə bil onu hər gün istifadə edib, sonra kənara atırdılar. Qızımızın bir təriqətə girmiş ola biləcəyini düşündük. Qızım bizə Adnan Oktarın söhbətlərinə qatıldığını söylədi. Mən də Adnan Oktar təşkilatının reflekslərini bildiyim üçün qızıma tədbir ala bilməsi üçün bəzi məlumatlar verdim: Adnan Oktarın yanına götürdüyü qadınları cariyə olaraq istifadə etdiyi və onları hər cür maddi və mənəvi olaraq istismar etdiyi ilə bağlı məqamları qızıma danışdım. Qızım bizə "Belə şeylərə inanmayın. Mən Adnan Hoca ilə bərabər cənnətə gedəcəm" dedi.

general Yılmaz erdoğan ile ilgili görsel sonucu

"YANINDA TƏŞKİLATDAN BİRİ VAR İDİ"

Qızımız onun yanına getdiyimiz vaxt bizimlə çox soyuq davranırdı. İstəyirdi ki, biz bunu xüsusi olaraq hiss edək. 2011-ci ildən sonra qızımızla görüşlərimiz artıq evdə olmamağa başladı. Harada qaldığını belə bilmirdik. Fenerbahçe Ordu Evi, Harbiye Ordu Evi və ya hansısa alışveriş mərkəzində baş tuturdu görüşlərimiz. Görüş zamanı yanında mütləq Adnan Oktar təşkilatından kimsə olurdu və bizim söhbətlərimizə şahidlik edirdi. Qızım ayaqyoluna belə yanındakı adamla birlikdə gedirdi.

Qızım bacısının 2015-ci ildəki nişanına və 2016-cı ildəki toyuna qatılmadı. Həyat yoldaşım qızımızı görmə ümidilə daim A9 TV kanalını izləyirdi. Qızımı A9 kanalında saçları keçəl edilmiş vəziyyətdə gördük. Adnan Oktarın cəza verdiyi qızların saçlarını keçəl etdirdiyi ilə bağlı mətbuatdan xəbərimiz vardı. Qızımızın ailəsindən bu qədər uzaqlaşması məni və həyat yoldaşımı psixoloji böhrana uğratmışdı. Qızımız əlimizdən uçub gedirdi və biz heç nə edə bilmirdik.

"PEŞMANLIQ MADDƏSİNDƏN YARARLANMAQDAN VAZ KEÇİRDİLƏR'

11 iyul 2018-ci ildə bu təşkilata qarşı keçirilən əməliyyatı mediadan öyrəndiyimiz zaman ailəcə çox xoşbəxt olduq. Ancaq qızımızla bağlı nə olacağına dair narahatlıqlarımız vardı. Amma ən azından artıq qızımızın Adnan Oktar adlı şəxsin nəzarətində yox, dövlətimizin güvənli qollarında olduğunu bilmək bizə bir rahatlıq verirdi. Başlangıcda qızımız peşmanlıq maddəsindən faydalanmaq istəyirdi, buna meylli idi. Ancaq təşkilat tərəfindən göndərilən vəkillər və kamera yoldaşlarını də təsiri ilə vaz keçdi. Adnan Oktar və onun liderliyini etmiş təşkilat bizi və yaxın çevrəmizi böyük mənəvi zərərə uğratdı. Bu səbəbə görə Adnan Oktardan və onun liderliyini etdiyi təşkilatdan şikayətçiyəm".

Milli.Az

loading...

Şərh yaz:

3 Şərh:

  • Anonim
    . · 17 Avqust 18:3600

    Genralin ozude o isn icndede indi canini qutarmaq ucun oyun oynayir

    Cavab yaz
  • Anonim
    Detektiv · 17 Avqust 20:1800

    Cennetde ele senin qizini ve Adnan hocani gozleyirler. Cahilliyin derecesine baxin.

    Cavab yaz
  • Anonim
    Süleyman · 17 Avqust 20:3500

    Başına kül olsun belə yaramaz generalın!

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.