Elektron ticarətə başlamaq üçün ilk növbədə nə etmək lazımdır?- RƏSMİ İZAH
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Onlayn gəlir əldə etmək məqsədilə elektron ticarət portallarından birində qeydiyyatdan keçərək kiçik bizneslə məşğul olmaq istəyən şəxs nə etməlidir? Qeydiyyatın tamamlanması üçün ondan VÖEN tələb edilir və o, qeydiyyatdan imtina edir. İlkin mərhələdə gəliri olub-olmayacağı bəlli olmayan bu işə başlamaq üçün VÖEN nə dərəcədə vacibdir? Vergi orqanında qeydiyyata alındıqdan sonra aylıq nə qədər vergi öhdəliyi yaranacaq?
Vergilər Nazirliyindən suallara aydınlıq gətirilərək bildirilib ki, elektron ticarət fəaliyyət növü sahibkarlıq fəaliyyəti hesab edilir və vətəndaş fiziki şəxs kimi sahibkarlıq fəaliyyətinə başlayacağı günədək yaşayış yeri üzrə vergi orqanına müraciət edərək, vergi uçotuna alınmalıdır.
Vergi uçotuna alınma kağız daşıyıcısında "Fiziki şəxsin vergi uçotu haqqında ərizə" və ona əlavə olunmuş şəxsiyyəti təsdiq edən sənədin (Azərbaycan Respublikasının vətəndaşları üçün şəxsiyyət vəsiqəsi) surətinə əsasən həyata keçirilir. Kağız daşıyıcısında müraciət şəxsən və ya səlahiyyətli nümayəndənin (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vergi orqanına gəlməsi və ya poçt vasitəsilə edilir.
Vergi orqanına gəlmədən elektron qaydada da vergi uçotuna alına bilərsiniz. Elektron qeydiyyat gücləndirilmiş elektron imza (o cümlədən "Asan imza") əsasında İnternet Vergi İdarəsi Portalı (www.e-taxes.gov.az) vasitəsilə aparılır.
İnternet vasitəsilə əhaliyə xidmət göstərəcəyi halda, həmin şəxs sadələşdirilmiş verginin ödəyicisi kimi fəaliyyət göstərə bilər. Bu zaman ödəməli olduğu vergi əldə etdiyi gəlirlərdən xərclər çıxılmadan 2 faiz məbləğində olacaq. Xidmətin alıcısı vergi ödəyicisi kimi uçotda olan şəxslər olduqda isə sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ olmur və əldə etdiyi gəlirlərdən xərclər çıxılmaqla 20 faiz dərəcə ilə gəlir vergisi tutulur.
Nazirliyin şərhində qeyd olunub ki, vergi ödəyicisinin hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatı olmadığı halda, vergi orqanına vergi hesabatının əvəzinə, hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq, arayış təqdim edilir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Nazirlə jurnalist arasında gərginlik yaşandı - (Video)
-
Vuçiç “ofisiant” obrazında: "Bizdə NATO yoxdur" - (Video)
-
Pakistanda 23 yaşlı azərbaycanlı qıza təcavüz: Kamerada hadisə gününün görüntüləri - (Video)
-
Olivye Jiru karyerasını bu tarixdə bitirəcək
-
Fernando Alonso karyerası barədə qərar verdi
-
Melis Sütşurup əri Mustafa Sandalla Dubaya qaçıb?
XƏBƏR LENTİ
-
Təhsildə yeni maliyyə modeli: Şagird sayı az olan məktəblər bağlanacaqmı?
-
Azərbaycanla İran arasında ticarət, nəqliyyat, enerji əməkdaşlığının genişləndirilməsi müzakirə edilib - (Foto)
-
Nazirlə jurnalist arasında gərginlik yaşandı - (Video)
-
Leyla Əliyeva və Alyona Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak ediblər - (Foto)
-
Məsciddən və “Dəniz Mall”un namaz otağından oğurluq edən “Hacı” tutuldu
-
"Məni silkələyən ikinci belə hadisə olmayıb" - Murad Dadaşov
-
“Sənət inciləri”: növbəti mühazirə-konsert Xəzər Universitetində təşkil olunub - (Foto)
-
Polşanın Şərq Tədqiqatları Mərkəzi: Fransa-Azərbaycan münasibətlərinin normallaşması Bakı ilə Aİ arasında daha sıx əməkdaşlığa yol aça bilər
-
Vuçiç “ofisiant” obrazında: "Bizdə NATO yoxdur" - (Video)
-
Şeyx Əbdül Mahmudbəyov xəstəxanaya yerləşdirildi
-
Bakıda 40 yaşlı qadın öldürüldü - Əri saxlanıldı
-
Pakistanda 23 yaşlı azərbaycanlı qıza təcavüz: Kamerada hadisə gününün görüntüləri - (Video)
-
Azərbaycan və Belarus hərbi-texniki əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib - (Foto)
-
“Gəzə bilmirəm...” - Abid Şərifov
-
“Ən yaxşı Messidir, ikinci bir fikir ola bilməz” - Yamal
-
Aleksandr Pleşa vəfat etdi
-
Xaricdə oxuyanlar üçün peşə tanınması imtahanı keçirildi
-
Bakıda yağış nə vaxta kimi davam edəcək?
-
Kallas Suriyaya getdi
-
Olivye Jiru karyerasını bu tarixdə bitirəcək
-
Ermənistanda Ağrı dağı ilə bağlı növbəti qadağa
-
Fernando Alonso karyerası barədə qərar verdi
-
Zamanı ən dəqiq ölçən saat hazırlandı
-
Melis Sütşurup əri Mustafa Sandalla Dubaya qaçıb?





