Maraqlı

Sevgilisinə daha çox xəyanət edən BÜRCLƏR HANSILARDIR?

4 Avqust 2019 21:25
21 Şərh     Baxış: 11 232

Cəsarətlə demək olar ki, bəzi kişilər həyat yoldaşına sədaqətli olduğu halda, digərləri sevgilisi, nişanlısı və xanımına dəfələrlə xəyanət edir. Bu, əslində, kişinin hansı ayda və gündə doğulmasından asılıdır. Daha dəqiq desək, bürclər burada da öz sözünü deyir.

Milli.Az gencaile.az-a istinadən astroloqların kişilər üçün tərtib etdiyi ən sədaqətli və şorgöz bürcləri təqdim edir:

Qoç

Qoç bürcü kifayət qədər dəyişkən təbiətə malikdir. Qısa yubka, dərin dekolte və böyük yarıqla onları yoldan çıxarıb yatağa salmaq çətin deyil. Bu kişilər çox ehtiraslıdır, hətta ən dərin hisslər də onlara yeni münasibətlərə başlamağa onlara mane olmaz.

Buğa

Onlar, əlbəttə ki, qəşəng qızları nəzərdən qaçırmır, amma Buğa bürcləri hər hansı qıza görə ağlını itirən və sevimli həyat yoldaşına xəyanət edən kişilərdən deyil.

Əkizlər

Əkizlər çox ünsiyyətcil və kommunikativdir. Bu da yüngül, gəldi-gedər əyləncələrlə nəticələnir. Amma cinsi istək Əkizlər üçün heç vaxt birinci yerdə dayanmayıb. Onları xəyanətə ya yeknəsəq münasibətlər, ya da ailədaxili mübahisələr sürükləyə bilər.

Xərçəng

Onlar üçün sevdiyi qadınla ruhi yaxınlıq, mənəvi doğmalıq əsas amillərdən biridir. Ümumiyyətlə Xərçənglər nadir hallarda xəyanət edir. Xərçəng kişiləri tərif və komplimenti çox sevir. Əgər onlar xəyanət edibsə, çox güman ki, buna səbəb sevdiyi qadının onu məyus etməsidir. Belə hallarda bu bürcün kişiləri yeni qadını axtarışına çıxır.

Şir

Özünə vurğun Şir bürcləri onları gözəl, cəlbedici və dəbdəbəli qadınların əhatə etməsini istəyir. Şir kişiləri həmişə "ən yaxşı" seçim edir, ona görə də bu bürclər seçdiyi xanıma xəyanət etmirlər.

Qız

Bürclər arasında Qız ən vəfalı və ən sadiq zodiak işarəsidir. Məhz Qız kişiləri qarşısına çıxan hər gözəlin müqəddəs sehrinə uymur. Yox, əgər Qız bürcləri xəyanət edibsə, deməli, onların bunun üçün kifayət qədər tutarlı səbəbləri var. Bu bürcün kişilərini müntəzəm seks, məhəbbət və ev rahatlığı ilə təmin olunduğu müddətdə gözü sizdən başqa heç kimi görməyəcək.

Tərəzi

Qadın gözəlliyini layiqincə qiymətləndirən bürc Tərəzidir. Tərəzi bürclərinin çoxlu sayda qız rəfiqələri ola bilər, lakin bundan qorxmaq lazım deyil. Onlar təbiətcə xəyanətə çox meylli deyil. Tərəzilər ciddi münasibətlərini bir gecəlik əyləncəyə riskə atmağa razı olmaz.

Əqrəb

Ehtiraslı, cəlbedici və impulsiv Əqrəblər diqqət mərkəzində olmağı sevir. Amma bu, həyəcanlamağa əsas vermir. Əgər Əqrəbləri bütün münasibətlər qane edirsə, onda onlar sevdiyi qadına xəyanət etməyəcək. Xəyanətin əsas səbəbi ya amansız qisas, ya da intim həyatın onu qane etməməsi ola bilər.

Oxatan

Oxatanlar günaha asanlıqla uyur. Gözəl, maraqlı qadın Oxatan bürclərini asanlıqla yoldan çıxa bilər. Onlar üçün "bir gecəlik seks" kifayət qədər tez-tez baş verən, bununla belə heç bir mənası olmayan adi haldır.

Oğlaq

Oğlaq kişiləri xasiyyətcə çox sədaqətlidir. Onlar iş haqqında, yaxud da daim öz maliyyə vəziyyətini yaxşılaşdırmaq barədə düşünür. Oğlaqlar hətta sevdiyi qadının ağuşunda olanda da pul haqqında düşünür. Burada hansı xəyanətdən söhbət gedə bilər?

Dolça

Onların ünsiyyətə olan hədsiz məhəbbəti və öyrənmək həvəsi tez-tez nəfslərinə təslim olmaları ilə nəticələnir. Amma onları xəyanətə intim ehtiyac deyil, ünsiyyət tələbatı daha çox sövq edir. Əgər hər iki tərəfin maraqları üst-üstə düşsə, onda, əlbəttə ki, Dolçalar fürsətdən istifadə edəcək.

Balıq

Balıq bürcləri qadını səmimi və ürəkdən sevə, həm də ona xəyanət edə bilər. Balıq kişiləri istənilən istiqamətə üzməyə hazırdır. Amma onlar ailələrindən demək olar ki, heç vaxt ayrılmır.

Milli.Az

loading...

Şərh yaz:

21 Şərh:

  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 4 Avqust 21:26102

    Buğaa superrr inanmağımda yanilmamişamm Ay səniiii.

    Cavab yaz
  • Anonim
    ƏSİ. · 4 Avqust 22:0840

    Nə oldu day:)))Bütün bürclərə ancaq haqq qazandırmısınız ki:)

    Cavab yaz
  • Anonim
    Kamilla · 4 Avqust 22:25180

    Esraya. Ezizim butun kisilerin gozu onda bunda olur hemise. Ozunu yalana indirma. Butun kisiler....bu onlarin genetikadindadir. Baxmayan da...kasibciliqdan baxmir)))))

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 4 Avqust 22:5572

      Men belkede yoldasimin yerine and icmerem amma bütün kisiler demiyin şəxsən atamin yerine and icerem ki anama xeyanet etməyib Ümumi danismayaq yoldasimnan da subhelenmemisem belke de edibb amma zerre qeder subhe olsa bosanacam xeyaneti hecccccccccccc vaxt baqislamaram.

      Cavab yaz
  • Anonim
    Kamilla · 4 Avqust 23:1750

    Butun kisiler!!! Baxmayan kisi de...kasibciliqdandir)))) Basi corek puluna qarisir...imkansizlar baxmir. Imkansiz olan kisi durust olur))))))

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 4 Avqust 23:3471

      Atam Qaradaqin reisi olub imkani da dehset olub .Belke ele imkansizlar yani kisiler imkanliynan zina edirlerr beleleride olur bunun imkanliya imkansiza dexlisi yoxdu şeref ve gunah vicdan meselesidi.

      Cavab yaz
  • Anonim
    Kamilla · 4 Avqust 23:49111

    O senin atandir. Atalar hemise muqqedes olur.numune olur. Sen onu qadin kimi hiss ede bilmezsen. Anan hiss ede biler. Men inanmiram hec bir kisiye! Qadinlar yalana inanmagi sevirler..

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 5 Avqust 00:0121

      Onda bele cixir ki yer uzunde ne qeder kisiler var hamisi xeyenatkardiii ???

      Cavab yaz
  • Anonim
    Daglı · 5 Avqust 00:0780

    Sizə bir söz deyim,amma öz aramızda qalsın. Bütün kişilərin ikinci adı xəyanətkardı)

    Cavab yaz
    • Anonim
      asi · 5 Avqust 09:4820

      Bunu tavadan qorxan kişilər fikirləşib))..

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 5 Avqust 10:0820

        Niye eledi kiii,bes bu adi kim verib eeee onlaraaa :))

        Cavab yaz
        • Anonim
          Zəhra · 5 Avqust 13:2521

          Esra o adı Asi xanım verib

          Cavab yaz
      • Anonim
        Daglı · 5 Avqust 11:4450

        Hər dəfə o tavanın şəklini görəndə bir neçə gün yatmıram qorxudan). Hələ qayınatanı bıçaqlayan gəlinin xəbərini oxuyandan sonra bir neçə gecə yuxuda bıçaq görürdüm.Daha belə xəbərləri oxumayacam,heç olmasa arada qayınanaların döyülmə xəbərini paylaşsalar rahatlıq tapardım mən yazıg

        Cavab yaz
        • Anonim
          Zəhra · 5 Avqust 13:2411

          Öldüm gülməydən :-))))))))

          Cavab yaz
  • Anonim
    user · 5 Avqust 09:1920

    sukur Qoç kimi Qoçum

    Cavab yaz
  • Anonim
    sudan · 5 Avqust 09:3905

    kişilərin xəyanəti qadınların xəyanətindən azdı. elə bu saytda neçə dəflərlə oxumuşuq qadınlar ailəsin, uşaqların atıb, ehtiras gücünə qaçıb.

    Cavab yaz
    • Anonim
      asi · 5 Avqust 09:5240

      Qadınlar yad pkanetliyə qaçmayıbki, başqa kişiyə qaçıb..Həmin o kişilərin də öz ailəsi olub..

      Cavab yaz
  • Anonim
    V- ya · 5 Avqust 11:5420

    Ay səni Dolça. Səni öldürərəme xəyanət etsən

    Cavab yaz
  • Anonim
    ika.e · 5 Avqust 14:1900

    Həri buga

    Cavab yaz
  • Anonim
    TUNCAY · 5 Avqust 20:3220

    Mence duz deyil

    Cavab yaz
  • Anonim
    Ruslan Altın · 6 Avqust 02:3020

    Mən yetim oxatanın günahı nədi ala

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.