Maraqlı

Müğənni konsertində uzana-uzana rəqs edən fanatını axtarışa verdi

18 İyul 2019 10:05
0 Şərh     Baxış: 3 379
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Svetlana Loboda Nijni Novqorod şəhərində baş tutan konsertində uzana-uzana rəqs edən pərəstişkarını axtarışa verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, ifaçı bu barədə İnstaqram hesabında bildirib.

"Cavan oğlan, mənimlə əlaqə yaradın. Sizinlə yaxından tanış olmaq istəyirəm", - Loboda İnstaqram postunda yazıb.

Müğənninin digər fanatları onun paylaşımına şərh yazmağa başlayıb.

"Biz onu görmüşdük. Fikir verdik ki, o, sizin bütün repertuarınızı əzbər bilir", - istifadəçilərdən biri yazıb.

Lobodanın digər izləyiciləri ehtimal ediblər ki, cavan oğlan müğənninin "К черту любовь" ("K çortu lübov") mahnısında ifa etdiyi "Раздевайся, ложись, раз пришёл!" ("Əgər gəlmisənsə, soyun, uzan") sözlərini eynilə qəbul edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.