Maraqlı

Marsda güclü partlayışın izləri aşkarlanıb

19 İyun 2019 23:57
0 Şərh     Baxış: 1 458
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

NASA-nın Mars Reconnaissance Orbiter (MRO) orbital kəşfiyyatçısı Marsın səthində yaxın vaxtlarda peyda olmuş kraterin fotosunu çəkib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Spase portalının məlumatına görə, fotoşəkillərin analizi ilə məşğul olan Arizona universitetinin əməkdaşları kraterin planetin diametri metr yarım olan göy cismi ilə toqquşması nəticəsində yarandığını qeyd edirlər. Partlayış planetin səthini dəlib və diametri 15-16 metr olan çuxur açıb.

MRO planeti tam əhatə etmədiyi üçün alimlər hələlik partlayışın dəqiq tarixini müəyyənləşdirə bilməyiblər. Tədqiqatçıların fikrincə, krater Marsda 2016-cı ilin sentyabr və 2019-cu ilin fevral ayları arasında peyda olub. Mütəxəssislər bildirirlər ki, MRO layihəsi çərçivəsində aparılan 13 illik müşahidələr zamanı planetdə buna bənzər heç nə qeydə alınmayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.