Dəmir əskikliyi və ya qan azlığından necə xilas olaq? – MÜALİCƏ ÜSULLARI
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Orqanizmdə dəmir çatışmazlığı ciddi patoloji hal sayılır və bu, bir çox xəstəliklərin meydana gəlməsinə əlverişli şərait yaradır.
Milli.Az medicina.az-a istinadən bildirir ki, uşaqlarda ən sıx görünən problemlərdən biri dəmir əskikliyidir.
Yenidoğulanlarda 6 aydan etibarən dəmir ehtiyacı artır
Dəmir çatışmazlığı anemiyanın başlıca səbəbidir. Orqanizmdə sözügedən maddə az olsa, infeksiyalara yoluxma riski də yüksəkdir. Çox qan itirmək də dəmir çatışmazlığına səbəb olur. Ana südündə dəmir olsa da, 6 aydan sonra körpələr dəmir ehtiyacı duyur.
Dəmir vitamininin həb kimi qəbul olunması xüsusi diqqət tələb edir. Düzgün əməl edilməsə, nəticə xoş olmaya bilir. Onu da qeyd edək ki, çay, süd məhsulları, tox olanda dərmanlar dəmirin orqanizmə sovrulmasına maneə olur.
Bəzi uşaqlar çöldə torpaq yeyir, divarı və yaxud ev başmaqlarını yalayır. Bu anormal davranışlar onların dəmiz çatışmazlığının olduğundan xəbər verir. Ona görə də bu vəziyyətdə mütləq həkimə müraciət etmək lazımdır.
Statistikaya görə, dünya əhalisinin təxminən 30 faizində dəmir çatışmazlığı var. Dəmir qan tərkibinin ən vacib maddələrindən biridir. Hemoqlobinin yaranmasında iştirak edən dəmir qırmızı qan hüceyrələrinin tərkib hissəsidir. Hemoqlobin bədən üzvlərinə oksigen çatdıran maddədir. Əgər orqanizmdə dəmir çatışmazlığı varsa, bu qanın qırmızı hüceyrələrinin az olması deməkdir. Belə olan halda qanda hemoqlobinin səviyyəsi azalır və toxumalar lazımi oksigenlə təmin oluna bilmir.
Həmçinin dəmir immuniteti gücləndirir, metabolik proseslərdə iştirak edir, fiziki və əqli işin məhsuldarlığını artırır, orqanizmi enerji ilə təmin edir.
Orqanizmdə dəmir çatışmazlığı dəmir defisitli anemiya xəstəliyidir ki, buna el arasında qan azlığı da deyilir.
Dəmir çatışmazlığının ilk əlamətləri aşağıdakılardır:
• Üz dərisində solğunluq, dəri quruluğu
• Saçlarda və dırnaqlarda kövrəklik
• İştahasızlıq
• Dodaq ətrafında çatların yaranması
• Yorğunluq
• Udqunmaq çətinliyi
• Bağırsaq pozğunluqları
• Təngnəfəslik
• Ürək döyüntüsünün tezləşməsi-taxikardiya
• Baş ağrısı və başgicəllənmə
• Ağız boşluğunda quruluq
Orqanizmin dəmirə sutkalıq tələbatı kişilərdə 10, qadınlarda 20, uşaqlarda 4-18 mq-dır. Hamilə qadınlarda isə sutkalıq norma 30-35 mq olmalıdır.
Dəmir çatışmazlığı problemi ilə üzləşməmək üçün qida rasionuna müntəzəm olaraq dana, ördək, dovşan əti, toyuq içalatı, qaraciyər, yumurta sarısı, yulaf sıyığı, qarabaşaq və mərcimək, qırmızı çuğundur, kələm, ispanaq, kök, sarmısaq, soğan, qurudulmuş meyvələr, alma, qara gavalı, əncir, nar, üzüm, şaftalı, armud, qoz, noxud, balıq və balıq məhsulları kimi qidaları daxil etmək lazımdır.
Nəzərə almaq lazımdır ki, dəmir orqanizm tərəfindən yaxşı mənimsənilmir. Onun yaxşı mənimsənilməsi üçün tərkibində C vitamini olan qidalardan da istifadə etmək vacibdir. Bunun üçün yuxarıda sadalanan qida məhsullarını rasionunuza daxil edərkən, limondan istifadə etmək olar.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bakıda ağır qəza: Dirək aşaraq avtomobilin salonuna girdi - VİDEO
-
"100 minə görə 4 balamı anasız qoyursunuz" - (Video)
-
Bakı-Sumqayıt yolunda yük maşınının qapısı sınıb yola düşdü - VİDEO
-
Elektrikə ehtiyac duymayan soyuducu icad etdi: Tərəvəzləri həftələrlə təzə saxlayır (Foto)
-
Dəmir yolu relslərinin arasına tonlarla daş tökülməsinin səbəbi bəlli oldu
-
Sobada asan tərəvəzli kartof börəyi
XƏBƏR LENTİ
-
Yeşilçamın “Al Yazmalı”sından Kadir İnanıra son vida - (Foto)
-
Azərbaycan XİN Cibutinin təbrik etdi
-
AZAL Bakı–Naxçıvan reyslərini ləğv etdi
-
İtkin düşən şəxsin meyiti Şabranda göldən tapıldı
-
Bakıda ağır qəza: Dirək aşaraq avtomobilin salonuna girdi - VİDEO
-
"100 minə görə 4 balamı anasız qoyursunuz" - (Video)
-
Fidan Hacıyevanın Vokal Məktəbində dünya şöhrətli Tamara İverinin ustad dərsi keçirildi - (Video/Foto)
-
Bakıda və Abşeronda yağışlı hava davam edəcək - Proqnoz
-
II Opera Günləri layihəsi çərçivəsində “Əsrlərdən gələn irs” adlı konsert proqramı təqdim olundu - (Foto)
-
Soros universitetinin qayıdışı: Bu əməliyyatın arxasında nə durur?
-
Cəlilabadda ev yandı
-
“Qarabağ”ın sabiq ulduzu Leandro Andrade yeni klubuna keçdi
-
Kadir İnanırın son istəyi nə olub? - Qardaşı oğlu danışdı
-
Ukrayna “Flaminqo” raketlərindən istifadə edib?
-
Bakı-Sumqayıt yolunda yük maşınının qapısı sınıb yola düşdü - VİDEO
-
İran XİN ABŞ-ı 18 iyun memorandumunu pozmaqda ittiham etdi
-
Rusiya vətəndaşlığı üçün rüsum 12 dəfə artırıldı
-
Leyla Əliyeva və Arzu Əliyeva “CandyFest” yay festivalını ziyarət edib və “Sehrli mirvari” su sirki şousunu izləyiblər - (Foto)
-
Leyla Əliyeva və Arzu Əliyeva Bakı Bulvarında mövsümi güllərin əkilməsi aksiyasında iştirak ediblər - (Foto)
-
Leyla Əliyeva və Arzu Əliyeva Dənizkənarı Milli Parkda açılış və təqdimat mərasimlərində iştirak ediblər - (Foto)
-
Qızıl və gümüşün qiymətində artım qeydə alındı
-
DÇ-2026-da qrup mərhələsinə yekun vurulur
-
Sabunçuda evin həyətindən 28 yaşlı kişi meyiti tapılıb
-
İran ABŞ bazalarına zərbələr endirdi





