Süd vəzinin fibroadenoması nə zaman əməliyyat edilməlidir?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Son vaxtlar gənc xanımlar arasında süd vəzi xəstəlikləri arasında fibroadenomalar geniş yayılıb. Bəzən bu xəstəlik haqqında dəqiq məlumatı olmayanlar fibroadenomanın mütləq bədxassəli şişə çevriləcəyindən narahat olurlar. Lakin bu kütlə heç də həmişə xərçəngə çevrilmir.
Milli.Az e-tibb.az-a istinadən bildirir ki, bunu Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının həkimi, radioloq-mammoloq Günel Qəmbərova bildirib.
Onun sözlərinə görə, fibroadenomalar əsasən 18-40 yaş arası rast gəlinən süd vəzi törəməsidir. Fibroadenoma sərt bir kütlədir, kistadan fərqli olaraq, hətta 1 sm olduqda belə, əl ilə rahatlıqla aşkarlana bilər. Fibroadenoma çox zaman xərçəngə çevrilmir. Ancaq getdikcə böyüyə bilər, sayı arta bilər. Bəlli bir müddətdən sonra mütləq fibroadenomanın tərkibinin analizi aparılmalıdır. Çünki bu kütlənin həcmi dəyişə bilər. Bu da insanı çaşdıra bilər. Fibroadenomalar hamiləlikdə, süd vermə dövründə böyüyə bilər, zahılıq dönəmində isə hətta kiçilə bilər. Bu düyünlər estrogen hormonunun təsiri fonunda böyüyür, ona görə də hamiləlikdə kütlələr daha giqant ölçüyə, menopauza dönəmində isə ölçüləri kiçilir.
Fibroadenomalar əldə hərəkətli, kənarı sərt, dəqiq bir kütlə kimi hiss olunur. Radioloji olaraq diaqnoz USM və mammoqrafiya ilə qoyulur, ancaq mütləq şəkildə sitoloji verifikasiya tələb edir.
Fibroadenomalara nə zaman müalicə lazımdır, sualına cavab olaraq mammoloq "Əgər fibroadenoma ağrı vermirsə, ölçüsü kiçikdirsə, kontrol müayinələrdə ölçü böyümürsə, biopsiya ilə diaqnozu dəqiqləşibsə, onda müalicə tələb olunmur. Belə olduğu halda, yalnız və yalnız kontrol USM və mammoqrafiya tələb olunur. Əgər ölçü böyükdürsə və ağrı verirsə, biopsiyada şübhəli bir durum aşkarlanırsa, cərrahi müalicə tələb olunur. Fibroadenoma ancaq və ancaq cərrahi müalicə ilə aradan götürülür, onun konservativ müalicəsi yoxdur. Əməliyyat növü mammoonkoloq-cərrah tərəfindən seçilir", deyə bildirib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Gələn il Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 1,1 faiz artacaq
-
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
-
Azərbaycanın 2027-ci ildə xərc üzrə siyasətinin əsas istiqamətləri açıqlanıb
-
Məşhurlar Üzüm və Şərab Festivalında konsert proqramı ilə çıxış edəcək - (Video)
-
Gələn il dollar neçəyə olacaq? - rəsmi
-
Məşhur müğənninin müəmmalı ölümü: iki həkim həbs edildi
-
Azərbaycanın inflyasiya proqnozu açıqlanıb
-
Azərbaycanın iqtisadi artım proqnozuı açıqlanıb
-
“Messinin transferi üçün 500 milyon təklif etmişdim” - Massimo Moratti
-
Vüsalə Əlizadə qardaşının məzarında - "Qara daş məni sakitləşdirir" - (Video)
-
“Kızılcık Şerbeti”ndən rekord
-
Ronaldu "Ən-Nəsr"dən gedir
-
Gəncə Dövlət Filarmoniyası Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalında silsilə konsertlərlə çıxış edəcək
-
DTX rəisi general-polkovnik Əli Nağıyev Qazaxıstana səfər edib
-
Bəhlul Mustafazadə yenidən əməliyyat olundu
-
Sabunçu və Xətaidə qaz kəsiləcək
-
ADMİU-nun I kurs tələbələrini aşağılayan şəxs barədə qərar verildi - Yenilənib
-
Gəlin toyda suyun içindən keçdi - (Video)
-
Qarabağda və Azərbaycanın digər bölgələrində Qafqaz Albaniyasının xristian irsinin izləri var - Hikmət Hacıyev
-
Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq
-
Ölüm hədəsi ilə üzləşən qapıçı 6 qol buraxdı
-
Şəhərətrafı qatar reyslərinin sayı 100-ə çatdırılır
-
Seyyid Yəhya Bakuviyə həsr olunmuş konfransın iştirakçıları Şuşa şəhəri ilə tanış olublar - Yenilənib (Foto)
-
MEMİM bu il də “Sənət inciləri” layihəsi ilə Üzeyir Hacıbəyli festivalına töhfə verəcək





