Maraqlı

Linux-un nüvəsi 5.0 versiyasına yeniləndi

12 Mart 2019 08:15
0 Şərh     Baxış: 607
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Linux-un nüvə yenilənməsi çıxdı. Nüvənin versiyasını 5.x budağına keçirtdilər, laki o qədər də böyük dəyişiklər baş verməyib. Sadəcə olaraq Linuxun, elə özü dediyi kimi, dördüncü budaqda rəqəm saymaqdan "əl və ayaq barmaqları qurtarıb".

Linux 5.0 nüvəsində yeni nələr var?

Milli.Az technote.az-a istinadən bildirir ki, AMDGPU drayveri ilə Freesync dəstəyi. Bu texnologiya ekranda kontentin yenilənmə tezliyinə nəzarət etmək üçündür. Sistemin cavablama vaxtı, qrafikanın hamarlılığı və elektrosərfiyyat bu tezlikdən aslıdır. Əgər ekranda görüntü kifayət qədər statikdirsə onun yenilənmə tezliyini aşağı salaraq enerjiyə qənaət etmək olar.
Adiantum dəstəyi. Bu fayl sistemi şifrlənmə texnologiyasını bu yaxınlarda Google təqdim edib. Adiantum zəig cihazlarda kriptoqrafik təhlükəsizlik imkanını təmin edir. Bu cihazlarda adi blok şifrəməsi olan AES tətbiqlərin işini və ümumilikdə sistemin sürətini zəiflədir.
Prosessorlar-arası əlaqə üçün BinderFS fayl sisteminin dəstəyi.
NVIDIA GeForce RTX 2000 prosessorlarının Nouveau drayveri ilə başlanğıc dəstəyi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.