Maraqlı

"Qızlar qucağıma tullanırdılar" - 7 yaşlı oğlan məktəbdəki bütün qızlara gül aldı - FOTO

14 Fevral 2019 10:35
0 Şərh     Baxış: 2 014

Evdən verilən cib xərcliyini yığaraq qız sinif yoldaşları üçün qızılgül alan məktəbli nəzakətli hərəkəti ilə ölkənin kiçik qəhrəmanına çevrilib.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, 7 yaşlı Callum Drev məktəbdə oxuyan qızlara Valentin günündə özlərini tənha hiss etməməsi üçün qızılgül alıb.

İngiltərənin Linkinşir qraflığının, Louf qəsəbəsində yerləşən "Lacey Gardens School"-da oxuyan Callum Drev 4-cü sinifdə oxuyan 68 qıza hədiyyə verdiyinə görə gündəmə gəlib.

Lincolnshire Live-in məlumatına görə, uşağın hərəkəti sosial şəbəkələrdə maraqla qarşılanıb, onu "balaca Romeo" adlandırıblar.

Mətbuata açıqlama verən uşaq bildirib ki, 4 yaşından bəri ağlında bu ideyası olub və bir neçə ildir ki, bunu ənənəyə çevirib.

"4 ildir ki, hər il Valentin günündə bunu edirəm. Qızlar qucağıma tullanıb, mənə təşəkkür edirlər. Çünki onlar xoşbəxt olurlar", - Callum Drew söyləyib.

Emin
Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.