Maraqlı

Telefon nömrəsi ilə “iPhone”a xaker hücumu etmək olur

5 Fevral 2019 07:21
0 Şərh     Baxış: 953
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin kibertəhlükəsizlik üzrə mütəxəssisi Melih Sevim "Apple"da istənilən "iPhone" istifadəçisinin məlumatlarına daxil olmağa imkan verən boşluq aşkarlayıb.

"Apple" şirkəti "Apple ID"də qeydiyyatdan keçmiş telefon nömrəsini "İcloud"da istifadəçinin məlumatları ilə əlaqələndirir.

Milli.Az insider.az-a istinadən bildirir ki, kibertəhlükəsizlik üzrə mütəxəssis Sevim "iCloud"da qeydiyyatdan keçmiş istənilən istifadəçinin məlumatlarına onun telefon nömrəsi vasitəsilə giriş əldə etməyin mümkün olduğunu müəyyən edib.

Onun sözlərinə görə, telefon nömrəsi vasitəsilə digər telefonda olan qeydləri də görmək mümkündür. Həmin qeydlərdə isə bank hesabları, eləcə də müxtəlif xidmətlər üçün parollar saxlanılır.

Bununla bağlı "Apple" şirkəti hələlik heç bir rəsmi açıqlama verməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.