Maraqlı

Dəhşət - anasını öldürüb qanını içdi, ətini yedi

9 Yanvar 2019 21:54
1 Şərh     Baxış: 3 116
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hindistanın Korba qəsəbəsi yaxınlığında dəhşətli hadisə baş verib.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, 27 yaşlı gənc anasını öldürüb. O, həyat yoldaşı ilə arasının dəyməsinə səbəb olduğunu söylədiyi anasını öldürdükdən sonra qanını içib və aradan çıxıb. Polis isə onu axtarır.

Dilip Yadav adlı şəxs anasının bir cadugər olduğunu söyləyərək qadına hücum edib. O, anasını balta ilə qətlə yetirib. 50 yaşlı Sumariya öldükdən sonra Yadav qadının qanını içib. Kənd sakinləri isə qapılarını bağlayaraq polisə məlumat verib. Yadav artıq qaçmışdı. Hadisə şahidlərindən biri deyib:

"Hücum gözümün qarşısında baş verdi. Evdən qəribə səslər eşitdim və yaxınlaşdım. Pəncərədən baxanda gördüm ki, Yadav anasının başına, boynuna və sinəsinə balta ilə zərbə endirir. Hər yer qan içində idi. O, anasının bədənindən qopardığı tikələrin bəzisini yedi, bəzisini isə alova atdı. Qanını da içdi".

Evdə axtarış zamanı qara magiya kitabı da tapılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.