Maraqlı

Şellakdan sonra dırnaqları bərpa etmək üsulu

14 Dekabr 2018 21:50
1 Şərh     Baxış: 1 231
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əlləri qadının vizit kartı hesab edənlər haqlıdırlar, çünki qulluq edilmiş əllər və dırnaqlar müsbət təəssürat yaradır. Əl və dırnaqların vəziyyəti sahibinin səliqə-sahmanı, özünə münasibəti barədə informasiya verir və ətrafdakılarda müəyyən münasibət formalaşdırır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, paytaxtdakı 15 nömrəli poliklinikanın həkim-dermatoloqu Solmaz Orucova bu barədə deyib: "Əllərin dərisi müxtəlif maddələrlə təmasda olduğuna görə ona gündəlik qayğı göstərilməlidir. Həlledicilər, qətranlar, kimyəvi və başqa maddələr, su ilə sıx təmas dırnaqların və əllərin dərisinə təsir edir. Keyfiyyətsiz dırnaq boyası da eyni təsirə malikdir. Ona görə ev işləri gördükdə rezin əlcəklərdən istifadə etmək, işi bitirəndə isə əlləri yuyaraq qidalı krem çəkmək lazımdır".

Həkim-dermatoloqun verdiyi məlumata görə, uzun zaman qalan boyalar-gel, şellak dırnaqlara mənfi təsir göstərir, onları kövrək və qatlanan edir. Buna baxmayaraq, hazırda qadınlar arasında bu boyaların istifadəsi geniş yayılıb. Bu maddələrdən sonra dırnaqları bərpa etmək üçün bir neçə üsul var: "Adətən bu boyaların təmizlənməsindən sonra dırnaqların cilalanması onları kövrək və tezsınan edir. Dırnaqların möhkəmləndirilməsi və bərpa olunması üçün əllər 30 dərəcəyədək isidilmiş zeytun və ya badam yağında 10 dəqiqə saxlanılır. Bu proseduru bir həftə hər gün təkrarladıqda müsbət nəticə əldə etmək olar. Bundan əlavə dırnaqlar limon suyuna salınaraq 2-3 dəqiqə saxlanılır, sonra su ilə yuyulur. Limonun tərkibində olan C vitamini dırnaqlara sağlam görkəm, efir yağları isə möhkəmlik verir.

Onu da qeyd edim ki, orqanizmin sağlamlığı əsasən qidadan asılıdır. Dırnaqların sağlamlığında da qida əhəmiyyətli rol oynayır. Bu səbəbdən qida rasionu-zülal, mineral duzlar, A, C, E və D vitaminləri ilə zəngin olmalıdır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.