Maraqlı

Qız göbəyini kəsib, sevdiyi oğlana göndərdi - "Zamanı geri qaytarmaq olsaydı..." - FOTO

27 Oktyabr 2018 09:54
4 Şərh     Baxış: 4 408
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Zamanı geri qaytarmaq imkanım olsaydı, bir daha bu səhvlərimi təkrarlamazdım"

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, Meksikanın Jalisko ştatında yaşayan 23 yaşlı Paulina Casillas Landeros göbək dəliyini kəsib, keçmiş sevgilisinə hədiyyə kimi göndərib.

"Keçmiş sevgilimi həddindən artıq çox sevirdim. O, bütün məsələlərdə mənim yanımda olmuşdu. Bu səbəbdən də ona bədənimdən bir parça hədiyyə etdim. Kəsilmiş göbəyimi kiçik paketə qoyub, üzərinə "səni sevirəm" yazıb göndərdim. O, göbəyimi ömrünün sonuna qədər saxlayacaq. Hazırda yaxın dostuq. Amma, bir-birimizi həmişə sevəcəyik".

Paulina 2015-ci ildə göbək dəliyini kəsərək keçmiş sevgilisi Daniel Ramirezə göndərib.

Paulina hazırda çox peşman olub. O, öz hərəkətlərini səhv olaraq dəyərləndirib.

Hazırda turizm ixtisası üzrə təhsil alan Pulina bunun səbəbini ailə sevgisi görməməklə əlaqələndirir.

"Mənim hər zaman ailəmlə problemlərim olub. Həmin vaxtlarda da onlarla yaxın deyildim.

Bədən dəyişiklikləri məni cəlb edirdi. Bununla onlardan üstün olacağımı düşünürdüm.

Çox əsəbi idim, insanlarla bütün əlaqələrimi kəsmək istəyirdim.

Xüsusi yollarla özümü insanlardan fərqləndirmək və bunun da qalmaqal yaratmasını istəyirdim.

Mən əməliyyatlara girdim. Həkimlərim professionallar idi. Amma, qanıma infeksiya düşdü.

Hazırda çox əziyyət çəkirəm. Müəyyən qədər sağalsam da, qarantindəki kimiyəm.

Anamı çox yaxşı başa düşürəm. Artıq anlayıram ki, öz doğduğun uşağın sənlə əlaqəsini tamamilə kəsməsi nə deməkdir.

Zamanı geri qaytarmaq imkanım olsaydı, bir daha bu səhvlərimi təkrarlamazdım".

Qeyd edək ki, bədənində dəyişikliklər etməyi xoşlayan Paulina bir neçə dəfə əməliyyat olunub. O, onurğasının hər fəqərəsinə pirsinq taxdırıb, dilini iki yerə ayırtdırıb.

Emin
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.