Bu xəstəlik uşağa öpüşlə yoluxur
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Pediatr Günay Rəsulovanın uşaqlarda öpücük xəstəliyi haqda məqaləsini təqdim edirik.
Uşaqları öpməklə keçən bu xəstəlik Epşteyn-Barr adlı bir virus tərəfindən törədilir. Yoluxma yolu tüpürcək vasitəsilə olduğu üçün uşaqları ağızdan və ya ağıza yaxın yerdən öpmək olmaz. Sıx görülən bir xəstəlikdir. Böyük yaşa gələn insanların 95%-i bu xəstəliyi keçirmiş olur. Bəzi uşaqlarda bu xəstəlik hiss edilmədən keçə bilir, bəzilərində isə ağırlaşmalarla üzə çıxır. Uşağı yoluxduran şəxs adətən sağlam olur. Çünki bu xəstəliyi keçirən şəxsin tüpürcəyində virus 6 ay, bəzən də 1 ilə qədər qala bilir və bu "sağlam" şəxs uşağı öpməklə onu çox ciddi bir təhlükə ilə qarşı qarşıya qoyur.
Xəstəliyin əlamətləri
Virus orqanizmə daxil olduqdan sonra boğazda artıb çoxalır, ordan qan və limfa vasitəsilə bütün orqanizmə yayılır və digər daxili orqanlarda da (qaraciyər, dalaq) infeksiya törədir. Beləliklə, uşaqda
- Boğaz ağrısı
- Qızdırma (5-10 günə qədər davam edə bilən)
- Boyun limfa düyünlərinin, qaraciyərin, dalağın böyüməsi
- Halsızlıq, qarın ağrısı, baş ağrısı
Bu sadalanan əlamətlər bütün yuxarı tənəffüs yolu xəstəliklərində görülə bilir, lakin öpücük xəstəliyində əlamətlər daha abartılı olur, boğaz ağrısı çox şiddətli, qızdırma adətən 38-38,5 olur, amma uzun müddət - 5-10 günə qədər davam edə bilir və yanaşı olaraq limfa düyünləri, qaraciyər və dalaq da böyüyür.
Bu xəstəlikdə yersiz antibiotik istifadəsi nəticəsində bədəndə səpgilər əmələ gəlir. Xüsusilə də təbii penisillin qrup antibiotiklərin qəbulundan sonra ilk 24 saatda uşaq səpir.
Xəstəlik klinik gedişatinda öz-özünə sağalır, lakin bəzən ağırlaşmalarla da üzə çıxa bilir.
Ağırlaşmaları:
- Ensefalit
- Meningit
- Ürək əzələsinin zədələnməsi, miokardit, perikardit
Bu uşaqlarda dalaq böyüdüyü üçün uşaq idman edərkən və ya oyun oynayarkən qarın nahiyəsindən alınan travmadan dalaq yırtılması ola bilər.
DİAQNOSTİKASI: Tipik müayinədən əlavə, qanın ümumi analizi (limfositar leykositoz, trombositopeniya), periferik yaxmada atipik limfositlər, seroloji testlərdən - monotest tez nəticə verir və virusun spesifik antitellərinin qanda aşkarlanmasi ilə diaqnoz qoyulur.
MÜALİCƏSİ: Spesifik bir müalicəsi yoxdur. Antibiotiklərdən və ya virusəleyhinə preparatlardan istifadə yersizdir. Müalicə simptomlara yönəlik (qızdırma varsa, qızdırmasalıcı vermək), dəstək müalicə və yataq istirahəti ilə aparılır.
Xəstəlikdən qorunmaq üçün
Uşaqları öpmək olmaz!
Xüsusilə bağçaya gedən uşaqlar oyuncağı ağıza götürməklə xəstəliyə yoluxa bilər.
Bundan başqa ağızdan su axan uşaqlar tüpürcəklə asanlıqla digər uşaqları yoluxdura bilər. Ona görə bu tip toplumlarda gigiyenaya mütləq riayət edilməlidir (oyuncaqlar tez-tez yuyulmalı, uşaqların əli tez-tez yuyulmalı, oyuncaq ağıza alınmamalı) Diqqətlə riayət olunan təmizlik xəstəliyin yayılmasını əngəlləyər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Zeedorfun yeni iş yeri bəlli oldu
-
"6, 7 yaşında uşaqların başını bağlamağa nə ehtiyac var?"
-
Elçin Hüseynov Cengiz Kurtoğlu ilə bir arada - (Video)
-
Arda Turanla danışıqların detalları bəlli oldu
-
Tacir Şahmalıoğlu səhhəti ilə bağlı danışdı: “O şəkilləri silin!” - (Video)
-
Panamada 7,7 bal gücündə zəlzələdə işçilər görün nə etdilər - (Video)
XƏBƏR LENTİ
-
Zeedorfun yeni iş yeri bəlli oldu
-
Sabah yola çıxanlar bunu nəzərə alsın
-
"6, 7 yaşında uşaqların başını bağlamağa nə ehtiyac var?"
-
Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib - (Foto)
-
Pakistanda hərbi təlim təyyarəsi qəzaya uğradı, iki pilot həlak oldu
-
Elçin Hüseynov Cengiz Kurtoğlu ilə bir arada - (Video)
-
“Qalatasaray” - “Barselona” oyunu öncəsi 9 nəfər saxlanıldı
-
Arda Turanla danışıqların detalları bəlli oldu
-
Tacir Şahmalıoğlu səhhəti ilə bağlı danışdı: “O şəkilləri silin!” - (Video)
-
Hicab bəhanəsi ilə məktəblərə hücum: SEPAH-ın Azərbaycan üzərindən qurduğu təhlükəli oyun
-
Azərbaycanla Slovakiya arasında məxfi məlumatların mühafizəsi haqqında saziş təsdiqlənib
-
Quba-Xəzəryanı üzrə hasilatın pay bölgüsü haqqında Saziş təsdiqlənib
-
AQC sədri Azərbaycanın Rumıniyadakı səfiri ilə görüşüb - (Foto)
-
Panamada 7,7 bal gücündə zəlzələdə işçilər görün nə etdilər - (Video)
-
Azərbaycanla İordaniya arasında vizasız gediş-gəliş təsdiqlənib
-
Bir qrup tələbəyə Prezident təqaüdü veriləcək - Siyahı
-
Azərbaycanla Ukrayna arasında hökumət rabitəsi sahəsində əməkdaşlıq haqqında sazişə dəyişiklik təsdiqlənib
-
Bu da Vüsalə Əlizadənin yeni bahalı avtomobili - (Video)
-
Azərbaycanla Monqolustan arasında hava əlaqəsi haqqında Saziş təsdiq edilib
-
Yasamalda məktəbi yandırmağa cəhd etdilər
-
Məktəb direktorunun maşını yandırıldı
-
Ətin qiyməti ilə bağlı rəsmi açıqlama
-
Aygün Kazımovadan üzr istədi: "O sözlərim yalan idi" - (Video)
-
Nardaran Sağlamlıq Mərkəzinin baş həkimi işdən çıxarıldı





