Maraqlı

Qorx ki, dırmaşasan: 6 saatlıq xof - FOTO

25 Avqust 2011 14:18
Baxış: 423
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Milli.Az xəbər portalı CNN-ə istinadən bildirir ki, ABŞ-ın Arizona ştatındakı "Qızıl Kanyon" bölgəsində bir vaşaq nəhəng kaktusa dırmaşaraq orada saatlarla qalmalı olub.

Onu təqib edən və parçalamaq istəyən pumadan zorla qurtulan vaşaq nəhəng, hündürlüyü 15 metr olan sekueyro kaktusuna çıxıb.
İti tikanlarla örtülmüş kaktusda 6 saat gözləyən vaşaq pumanın oradan uzaqlaşdığına əmin olandan sonra yerə atılaraq aradan çıxıb.

Sonora səhrasında baş vermiş bu hadisəni çəkmiş fotoqraf Kurt Fonqerin dediyinə görə, 300 yaşlı kaktusdakı vaşaq barədə ona milli parkın işçilərindən biri zəng vuraraq xəbər verib.
"Mən oraya gedəndə vaşaq kaktusa yenicə dırmaşmışdı. Onun belə tikanlı və nəhəng kaktusa necə çıxdığına heyrət etdim", - 69 yaşlı fotoqraf deyib.

Milli.Az








Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.