Hadisə

Nadir Hüseynovun maşını dayanacağa çırpılıbmış - Hadisənin TƏFƏRRÜATI

18 Dekabr 2025 09:32
Baxış: 974
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tanınmış bədii qiraətçi, Əməkdar müəllim​ Nadir Hüseynovun ölümü ilə nəticələnən hadisənin təfərrüatları məlum olub.

Milli.Az xəbər verir ki, hadisə dekabrın 17-də saat 11 radələrində paytaxtın Nəsimi rayonu ərazisində qeydə alınıb.

Belə ki, N.Hüseynov idarə etdiyi avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın yolun kənarında olan avtobus dayanacağına çırpılıb. Nəticədə o, hadisə yerində həyatını itirib. Bu zaman həmçinin, dayanacaqda olan qadın xəsarət alıb.

Bildirilir ki, qəzadan əvvəl N.Hüseynovun səhhətində ciddi problem yaranıb və o, ani olaraq nəqliyyat vasitəsinin idarəetməsini itirib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.