Maraqlı

Qulağınızı kağız salfetlə təmizləyin

27 Mart 2018 22:50
0 Şərh     Baxış: 1 770
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Qulaqlarınızın hər zaman qulaq çöpü ilə təmizlənməsi qulaq yolunda iltihab, eqzema, qaşıntı, qızartı və ağrı kimi xəstəliklərin ortaya çıxmasına səbəb olur.     

Milli.Az lent.az-a istinadən bildirir ki, Kocaeli Universiteti tibb fakültəsinin ağız, burun, boğaz üzrə professoru, həkim Ahmet Almaç qulaq təmizləmə çöplərinin geniş yayıldığını bildirib: "Qulaq çöpü görəndə dərhal  qulağa salıb qulaq təmizləmək ehtiyacı duyulur. Ancaq bu çöplər qətiyyən qulağa salınmamalıdı. Qulaq çöpü ilə qulağı təmizləmək yanlışdı".

Ahmet Almaç qulağın çımdikdən sonra həftədə bir dəfə təmizlənilməsini bildirərək bunları qeyd edib: "Salfet, kağız salfeti, tualet kağızını barmağınızın ucuna dolayıb barmağınız girən yerə qədər qulağın təmizlənilməsi kifayətdi. Hər bir insanın qulağında toplantı var. Bunu kir adlandırmaq düzgün olmaz, çünki bu, təbbi ifrazdı. Bunun mütləq olaraq qulaqda olması lazımdı. Qulaqda təbii ifrazın  olmaması xarici qulaq yolu iltihabına səbəb ola bilər".

Həkim hər gün təmizlənən zamanı qulağın narahat olduğunu və eqzema, iltihab, qızartı, qaşıntı kimi problemlərin ortaya çıxdığını bildirib.    

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.