Maraqlı

Təzyiq ölçən telefon qabı

18 Mart 2018 23:45
0 Şərh     Baxış: 2 098
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Təzyiq ölçən telefon qabı sayəsində ağıllı cihazlarımız sağlamlığımız haqqında məlumatlı olmağımıza yardım edir. Təzyiq ölçən telefon qabı, bir sensor vasitəsilə işləyir və məlumatı tətbiqə köçürür.

Təzyiq ölçən telefon qabı 1 sm qalınlıqdadır.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, əgər bir təzyiq alətiniz yoxdursa, təzyiq ölçmə əməliyyatı üçün bir xəstəxanaya gedərək orda cihaz ilə ölçülməlidir.

Miçiqan Dövlət Universitetində inkişaf etdirilməkdə olan texnologiya sayəsində telefon qabları bu əməliyyatı çox daha asan hala gətirir. Yeni 3D printerilə hazırlanmış telefon qabını yaradan araşdırmaçılar, istifadəçinin yalnız bir düyməni sıxaraq bu əməliyyatı reallaşdıra bilməsini təmin edir.

Prototip sistemi, standart bir ağıllı telefonun arxasına quraşdırılmış 1 sm qalınlığında bir örtük və bu telefonda işləyən bir tətbiqdən meydana gəlir. İstifadəçi təzyiqini ölçmək üçün qabın taxılı olduğu telefonu ürək səviyyəsində tutur və örtükdəki sensor moduluna barmağını qoyur. Sensorlar, palmer arx arteri vasitəsilə sistolik və diastolik qan təzyiqini ölçür.

Ölçmə əməliyyatı təxminən standart bir təzyiq cihazı ilə bərabər müddətdə reallaşır. Keçirilən sınaqlarda ölçmələrin doğru bir şəklidə edildiyi, ancaq bunun dəqiqləşməsi üçün sınaqların davam etməsi lazımdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.