Maraqlı

Qonaq otağı dekorasiyasında bu səhvləri etməyin - TÖVSİYƏ

6 Dekabr 2017 23:21
0 Şərh     Baxış: 1 946
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qonaq otağı evimizdə ən çox vaxt keçirdiyimiz yerlərdən biridir. Buna görə də qonaq otağı dekorasiyasına xüsusi diqqət göstərmək lazımdır.

Milli.Az ailem.az-a istinadən qonaq otağı dekorasiyasında ən çox edilən səhvləri bu cür sıralayıb.

Kifayət qədər rəng istifadə etməmək
 
Minimalist ola bilərsiniz. Lakin rənglərdən istifadə etməmək otağınızın müasir və gözəl  görünməsinə deyil, darıxdırıcı və monotonluğa səbəb olacaq. Divarlarınızı rəngarəng boyamaq, mebellərinizi rəngliləri ilə əvəz etmək məcburiyyətində deyilsiniz. Yeganə olaraq lazım olan bir neçə rəngli obyekti bildirməkdir.

Mebel dəstləri
 
Dəst olaraq satılan mebellərdən uzaq durun. Bunun yerinə bir-birindən fərqli dizaynlı, rənglərdə və ölçülərdə parçaları bir araya gətirin. Doğru qaydada istifadə etsəniz, mükəmməl bir uyğunluq təmin edərsiniz.

Yuxarıdan işıqlandırma
 
Bura geyinmə otağı deyil. Masa lampalarını və ayaqlı lampaları seçin. Fərqli rənglərdə və ölçülərdə işıqlandırmalar otağınıza istilik qatacaq.

Mebeli divara söykəməyin
 
Evdəki sahəni geniş etmək istəyirsiniz. Ancaq hər şeyin divara söykənməsi otağınızda rəsmi və darıxdırıcı bir ab-hava yaradır. Divan və kreslolarınızın arxasında göstərmək istəmədiyiniz detallar yoxdursa, onları divara söyləmək məcburiyyətində deyilsiniz. Daha rahat və isti bir mühit yaratmaq üçün oturacaqları bir-birinə yaxınlaşdırın.

Tabloları hündürdən asmaq
 
Foto və tablolarınızı hündürə asdıqda tavan hündür görünmür, sadəcə boş görünməsinə mane olur. Foto və tabloların görünməsi üçün onları göz xətti bərabərində asın.

Çox kiçik xalçalar
 
Otağınızın ortasına sərdiyiniz xalı ora mütənasib olmalıdır. Sahəni mümkün qədər dolduran və kresloların altına qədər uzanan xalçalar seçməlisiniz.

İstifadə edilməyən əşyalar
 
İstifadə etmədiyiniz bütün əşyaları qonaq otağınızdan atın. Yalnız ehtiyacınız olan mebelləri saxlayın və həyat tərzinizə görə dizayn edin.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.