Maraqlı

Tanışlıq saytları əsl sevgini tapmağa kömək etmir

14 Sentyabr 2017 08:25
3 Şərh     Baxış: 1 752
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Alimlər müəyyən ediblər ki, verilmiş xüsusiyyətlərə uyğun tərəf müqabilini tapmağa imkan verən tanışlıq saytları əsl sevgini tapa bilmirlər.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, real həyatda insanlar tərəf müqabilində internet resursunda qeyd etdikləri xüsusiyyətləri axtarmırlar. Müşahidələri ilə bağlı müvafiq nəticələrini mütəxəssislər "Psychological Science" jurnalında təqdim ediblər.

Yeni araşdırmalarda 350 nəfər heteroseksual gənc insan iştirak edib. Onlar mütəxəssislərin suallarına cavab verib və öz tərəf müqabilində görmək istədikləri xüsusiyyətləri qeyd ediblər. İştirakçıların qeyd etdikləri məlumatlar əsasında mütəxəssislər öz təxminlərini ediblər.
 
Məlum olub ki, respondentlərin keyfiyyətləri bazasında aparılan hesablamaların iştirakçıların özləri ilə heç bir ümumi bağlılığı olmayıb. Çünki şəxsi tanışlıq zamanı onlar simpatiya və insanlara bağlılıq hiss edirlər. Bu keyfiyyətləri isə onlar axtarış zamanı qeyd edə bilmirlər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.