Maraqlı

Türk yazıçı Adriana ilə Amerikada: "Sadəcə, gülüşü üçün..." - FOTO

14 Avqust 2017 11:47
0 Şərh     Baxış: 1 122
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Əsl adı Adriana Franseska Lima olan, 1982-ci ildə Braziliyada, Salvadorda doğulan dünya şöhrətli model Adirana Lima türkiyəli yazıçı Metin Hara ilə münasibət yaşayır.

Milli.Az "Hürriyet"ə istinadla bildirir ki, yazıçı Adriana Lima üçün Amerikaya gedib. O, Adriana ilə birlikdə çəkdirdiyi fotonu sosial şəbəkədə yayaraq qeyd kimi "Sadəcə, gülüşünü görmək üçün..." yazıb.

Qeyd edək ki,  Adriana 15 yaşında "Ford" şirkətinin "Dünyanın super modeli" yarışmasına qatılaraq birinci yerə çıxıb. 

O, 2009-cu il iyun ayında 2007-ci ildə tanış olduğu serbiyalı basketbolçu Marko Yariç ilə ailə həyatı qurub. 2009-cu il noyabr ayının 15-də onların birinci qızı dünyaya gəlib və adını Valentina Lima Yariç qoyublar. 2012-ci il sentyabrın 12-də cütlüyün ikinci qızı, Sienna dünyaya gəlib. Cütlük 2016-cı ildə rəsmən boşanıb.

Emin
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.