Maraqlı

İnsan külündən portretlər çəkir - FOTO

24 Aprel 2011 21:26
Baxış: 182
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az xəbər portalı "USA Today"a istinadən bildirir ki, 48 yaşlı amerikalı rəssam Raven Kollins yaradıcılığında çox gözlənilməz vasitədən istifadə edir.

O, düynasını dəyişmiş insanların cəsədlərinin kremasiyası, yəndi yandırılmadan sonra qalmış küldən yararlanır.

Rəssam deyir ki, qardaşı oğulları 3 yaşlı Gevin və 1 yaşlı Sebastyanın Tampa şəhərində yanğında həlak olmalarından sonra depressiyaya düşmüşdü.

"Depressiyada olduğum günlərdən birində ağlıma qəribə fikir gəldi. Əcəba, ölmüş insanların küllərindən istifadə edərək onların portretlərini çəkmək necə olardı?! Az sonra ideyamı reallaşdırdım. Dünyasını dəyişmiş əzizlərimizi daim xatirəmizdə saxlayaq. Onları unutmamağın bir yolu da budur", - Kollins deyib.

Milli.Az











Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.