Maraqlı

Uşaq ana bətnində nəyə gülür? - FOTO

11 Aprel 2011 19:39
Baxış: 2 326
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az xəbər portalı "Daily Mail"ə istinadən bildirir ki, uşağın hələ ana bətnində olarkən emosiyalarla hərəkət etməsi ilə bağlı illərdən bəri iddia səviyyəsindəki nəzəriyyə təsdiqlənib.

Balaca Cozef Henrinin hələ anasının bətnində ikən ultrasəs müayinəsi zamanı çəkilmiş şəkillərdə onun gülümsədiyi aşkar görünür.  Həmin müayinə olanda, körpənin anası hamiləliyin 17-ci həftəsində idi.
Cozefin valideynləri Sem və Luiza Henrilərin dediklərinə görə, onlar dünyanın ən bəxtəvər insanlarıdır.

Berkşir qraflığındakı Svalloufild şəhərində yaşayan miss Henri deyir ki, 40 yaşında hamilə qalıb və əri də bunu eşidəndə çox sevinib.

"Bətnimdəki körpənin məni eşitdiyini, mənimlə sevinib qəmləndiyini bilirdim. Onun gülümsədiyini isə ağlıma belə, gətirə bilməzdim. Ultrasəs müayinəsindən sonra şəkli görəndə şoka düşdüm. Demək, bətnimdəki körpə 3 aylıq olmasına rəğmən, artıq gülürdü", -  Luiza Henri deyir.

Ultrasəs müayinəsini aparmış professor Stüart Kempbellin dediyinə görə, qarşılaşdığı faktı onu heyrətə gətirib.
"Bunun elmi izahını tapmaq istərdim. Amma nə edəsən ki, gördüyüm qarşısında acizəm", - Kempbell deyib.

Milli.Az





Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.