Bəylə gəlin toyda nikah andı içməyə hazırlaşarkən mərasimi qəflətən balaca uşaq pozub. O, bəyin pencəyinin ətəyindən yapışaraq "Ayaqyoluna getməliyəm!" deyib.
Milli.Az Eyre Peninsula Tribune-a istinadən bildirir ki, olay Avstraliyanın cənubunda, Eyr yarımadasında yaşanıb.
4 ildən bəri qeyri-rəsmi nikahda yaşayan Ben və Hanna Linertlər münasibətlərini rəsmiləşdirmək üçün toy ediblər.
Toyda onların oğulları, 3 yaşlı Hadson da vardı təbii.
Qadın keşişin nikah andı mərasiminə başlayanda Hadson atasına yaxınlaşıb, Benin pencəyinin ətəyini dartaraq "Ayaqyoluna getməliyəm!" deyib.
Əvvəl keşiş qadın, sonra isə Ben və Hanna gülüşüblər.
Hanna utanıb, "O nə iistəyir?" soruşub.
Bu zaman Hannanın bacısı qaçaraq gəlib və Hadsonun əlindən tutaraq onu ayaqyoluna aparıb.
"Toyumuz əla oldu. Amma oğlum məni utandırdı. Məndən sizə məsləhət: toyda uşaqların narahat olmasına imkan verməyin", - Hanna Linert Facebook-dakı səhifəsində yazıb.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin:







