Maraqlı

BMW M5 rekord qiymətə satıldı - FOTO

24 Yanvar 2015 18:11
0 Şərh     Baxış: 1 290
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
BMW M5 "30 Jahre M5" xüsusi seriyasından (ABŞ üçün) ən sonuncu avtomobil bir neçə gün öncə Barrett-Jackson hərracında rekord qiymətə satılıb. Yeni sahibi bavariyalı avtomobil üçün 700 000 dollar ödəyib.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, bu avtomobil şirkətin tarixində ən güclü seriya versiyasıdır. Ondan cəmi 300 nüsxə buraxılıb və yalnız 30 ədədi ABŞ bazarı üçün ayrılıb. Ən axırıncı M5 modelini özü üçün keçmiş avtomobil yarışçısı, indi isə NASCAR komandalarından birinin sahibi Rik Hendrik alıb. 700 000 dollar isə BMW Club of America Foundation təşkilatının xeyriyyə fondunun hesabına köçürülüb.

M5 modelinin bu versiyası 600 a.g. və 700 Nm fırlanma anı hasil edən 4,4 litrlik tvin-turbo V8 mühərriki ilə təchiz edilib. O yerindən 100 km/saat sürətlənməyə 3,9 saniyə vaxt sərf edir. M Driver paketi ilə maksimum sürət 305 km/saat təşkil edir.

Milli.Az


Böyütmək üçün şəkilə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.