Milli.Az 4charx.com-a istinadən bildirir ki, Brabus Viano iBusiness sərnişin bölməsi tamamilə yenidən işlənib və onun tərtibatının tamamilə fərdi sifariş əsasında yerinə yetirilməsi mümkündür. Burada istifadə olunan materialları bütünlüklə dəyişərək və səs izoləsini yaxşılaşdırmaqla yanaşı tünerlər bir cüt elektriklə nizamlanan kürsü və onların əksində iki kiçik qatlama kürsü quraşdırıblar. Kompüterə birləşdirilən nəhəng ekran iş və istirahət üçün geniş imkanlar verir. Yolda kofe maşınının hazırladığı kofedən içmək mümkündür. Soyuducuda isə müxtəlif içkiləri və meyvələri saxlamaq olar. Bu və digər avadanlıqları dirsəkaltında yerləşdirilmiş sensor ekran və ya xüsusi proqram quraşdırılmış iPad vasitəsi ilə idarə etmək mümkündür. Bütün bu rahatlıqları yüksək keyfiyyətli dəri və gözə çox xoş təsir bağışlayan işıqlandırma tamamlayır.
Milli.Az
Videonu izləmək üçün şəkilə klikləyin.























