Maraqlı

Yenə də Audi - FOTO

17 İyun 2014 21:37
0 Şərh     Baxış: 1 100
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Benua Treluye, Andre Lotterer və Marsel Fösslerdən ibarət Audi ekipajı "24 saat Le-Man" marafonunda qalib gəlib. Bu eyni zamanda FİA -nın dözümlülük üzrə dünya çempionatının üçüncü mərhələsi idi. Yarış bazar günü, iyunun 15-də, gündüz Fransada başa çatıb. Beləliklə, Audi ardıcıl qələbə seriyasını beşə çatdırıb: almanlar 2010-cu ildən başlayaraq bu marafonun dəyişməz qalibidirlər. Ümumiyyətlə isə Audi şirkəti 2000-ci ildən bəri bir günlük marafon yarışında 13 dəfə qalib gəlib

Milli.Az 4charx.com-a istinadən bildirir ki, ən yüksək LMP1 kateqoriyasında, və həmçinin ümumi təsnifatda ikinci yeri də heyətində doqquzqat "Le-Man" çempionu Tom Kristensenin də olduğu daha bir Audi ekipajı tutub. Yarışda üçüncü Entoni Davison, Nikola Lapyer və Sebastian Bueminin idarə etdiyi Toyota ekipajı tutub.


Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.