Yenə də Audi - FOTO
17 İyun 2014 21:37
Benua Treluye, Andre Lotterer və Marsel Fösslerdən ibarət Audi ekipajı "24 saat Le-Man" marafonunda qalib gəlib. Bu eyni zamanda FİA -nın dözümlülük üzrə dünya çempionatının üçüncü mərhələsi idi. Yarış bazar günü, iyunun 15-də, gündüz Fransada başa çatıb. Beləliklə, Audi ardıcıl qələbə seriyasını beşə çatdırıb: almanlar 2010-cu ildən başlayaraq bu marafonun dəyişməz qalibidirlər. Ümumiyyətlə isə Audi şirkəti 2000-ci ildən bəri bir günlük marafon yarışında 13 dəfə qalib gəlib Milli.Az 4charx.com-a istinadən bildirir ki, ən yüksək LMP1 kateqoriyasında, və həmçinin ümumi təsnifatda ikinci yeri də heyətində doqquzqat "Le-Man" çempionu Tom Kristensenin də olduğu daha bir Audi ekipajı tutub. Yarışda üçüncü Entoni Davison, Nikola Lapyer və Sebastian Bueminin idarə etdiyi Toyota ekipajı tutub.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.

