Maraqlı

Əsl yəhudi toyu - FOTOSESSİYA

20 Fevral 2014 14:45
3 Şərh     Baxış: 6 521
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
İsraildə yaşayan və ifrat mühafizəkar yəhudilər olan haredimlər icmasına mənsub olan iki gəncin Qüdsdə toyu olub.

Yaşamlarını Tövratın öyrənilməsinə və yəhudi həyat tərzinin ən mühafizəkar qaydalarına riayətə həsr etmiş haredimlər dövlət orqanlarında çalışmırlar. Onların sayı 800 min nəfərdən artıq olsa da, prinsipial qaydada dövlət qurumlarında rəhbər vəzifələr tutmurlar.


Aşkenaz, hardal, sefar və hasidlərdən ibarət olan haredimlər icmasında oğlanlar 3 yaşlarından etibarən "yeşiv"də, evlənəndən sonra isə "kolel"də Tövrat və Talmudu, habelə Qalah və Tanahı öyrənirlər.


Haredim kişilər ilboyu qara kostyum, ağ köynək, qara papaq geyirlər.

Qadınlar uzun qollu paltarlar geyir, başlarını bağlayırlar. Haredim qadınlar yalnız bayram və toylarda kosmetikadan istifadə edirlər.


Haredim ailələrinin tam əksəriyyəti çoxuşaqlı olur.

Nişana qədər gənc oğlanla qızın görüşmələri, hətta əllərinin bir-birinə dəymələri qəti qadağandır.


Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Qüdsdəki bu toy da haredim adətlərinə uyğun olub. Kişilər və qadınlar ayrı-ayrı məclislərə yığışmışdılar. Daha doğrusu, toyxana ortadan krujevalı pərdə ilə ayrılmışdı.


Qüdsdə adının mənası "100 darvaza" olan Mea Şearim səmtindəki toyda təzə bəy Aaron Kruiz və gəlin Rebekka Hanna ultramühafizəkar ailələrin övladlarıdır.


Onlar "erusin" adlı elçilik, "kiduşin" adlı nişan mərasimlərindən sonra "nisuin" adlı toyun "qəhrəman"ları idilər.

Erusin zamanı qızın "hə"si alınır, "kiduşin"də ona nişan üzüyü verilir. Bu mərasimlər zamanı qıza hər hansı kişi ilə danışmaq qəti qadağandır.
 

Toyda bəylə gəlin "hup" adlı masanın qarşısında bir saat oturur, sonra məclisə qatılırlar. Bu zaman onların qarşısına bir fincan şərab qoyulur və rebe gənclərə xeyir-dua verir.
 

Toyda bütün kişilərin başında haredimlərin ənənəvi papağı "ştreymel" olmalıdır.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.