Maraqlı

Belə də oğru var

31 Yanvar 2014 16:15
0 Şərh     Baxış: 1 010
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Yaponiyadakı çox qəribə oğurluq hadisəsi yerli polisi də heyrətləndirib.

Müxtəlif vaxtlarda çeşidli gecə klublarından və restoranlardan 450 cüt dikdaban ayaqqabı oğurlamış 28 yaşlı gənc tutulub. O, oğurladığı ayaqqabıların hamısını evində saxlayırdı.


Milli.Az AsiaOne-a istinadən bildirir ki, hər şey paytaxt Tokionun məşhur Qinza bölgəsindəki gecə klubundan 14 cüt dikdaban ayaqqabının oğurlanması ilə bağlı şikayətdən sonra başlanıb.


Polis axtarışlara başlayıb və ayaqqabıların 28 yaşlı işsiz Şo Sato tərəfindən oğurlandığı təsbit edilib.

Bu gəncin kirayədə qaldığı mənzilə basqın edən polis əməkdaşları orada 450 cüt dikdaban ayaqqabı tapıblar.


Polisdə verdiyi ifadəsində Şo Sato deyib: "Klublar və restoranlardan ayaqqabı oğurlamaq əyləncədir. Dikdaban ayaqqabı oğurlamaqdan zövq alıram. Amma təzə ayaqqabılar mənimçün əsla maraq kəsb etmir".


Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.