Feminizm haqqında bilmədikləriniz - ARAŞDIRMA
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az Kult.az-a istinadən bildirir ki, feminizmin ilk dalğası 18-ci əsrdən 19-cu əsrin birinci yarısına təsadüf edir. Bir sıra yazılarda, cümlədən Pulen de Lya Barrın "İki cinsin hüquq bərabərliyi haqqında"(1673) əsərində qadınların azadlığı məsələsi qaldırılır. Feminist hüquqşünaslığı ilk dəfə ABŞ-da (feminist hərəkatı ilə eyni vaxtda) hələ Amerika inqilabı dövründə, qadınlara tam vətəndaşlıq hüquqları verilməsi tələbləri irəli sürülərkən (1775) yaranmışdır.
Yeni ictimai təzahürün- qadınların siyasi hüquqlarının müdafiəsi hərəkatının baniləri fransalı Olimpiya de Quj , ingiltərəli Meri Uolstonkraft, amerikalı Abiqayl Adamsdır. Feminizmin ilk sənədi 1790-cı ildə Olimpiya de Quj tərəfindən yazılan "Qadınların və qadın vətəndaşların bəyannaməsi"dir.
XX yüzilin 60-cı illərində ABŞ-da və bir sıra Qərbi Avropa ölkələrində tələbə etiraz hərəkatı genişləndi. Bu solçu etiraz hərəkatında radikal və ya inqilabi feminizm ortaya çıxdı. Beləliklə, Qərbdə feminizm hərəkatının "ikinci dalğa"sı başlanmış oldu
Bu dövrdəki qadın hərəkatı liberal feminizm kimi xarakterizə olunur. Liberal feminizmin qarşısında duran başlıca məsələ qadınların kişilər ilə bərabər siyasi hüquqa nail olmasını təmin etmək idi. 70-ci illərdə bütün Qərb universitetlərində qadın və yaxud feminist tədqiqat mərkəzləri yaradılır, elmə yeni olaraq "gender" anlayışı gətirilir.
Bir az keçmişə qayıtsaq görərik ki, tarix, fəlsəfə,təbiət elmlərində, dində qadının cəmiyyətdəki rolu barədə tez-tez bir-birinə əks fikirlər söylənilib, problem müxtəlif cür həllini tapıb. Xüsusən də bu barədə bir-birinə əks və ziddiyyətli fikirlərə dində rast gəlmək olar. Məsələn, 1400 il bundan əvvəl Makon kilsə məclisi rəsmi olaraq belə bir məsələyə baxmışdır: qadının ruhu varmı? İştirak edənlərin təqribən yarısı bu suala mənfi cavab vermişdi. Xristian kilsə məclisi cəmi bir səs çoxluğu ilə qərara gəlmişdi ki, aşağı məxluq olsa da, qadında nə isə ruha oxşar bir şey var.
Kapitalizm dövrü qadının cəmiyyətdəki yeri və rolu baxımından çoxlu cərəyanlarla xarakterizə olunur. Yeni Kodeks yaratmış Napaleon Bonapart qadın tərbiyəsini yaxşılaşdırmağa çağırırdı, lakin qadın taleyini yalnız uşaq doğmada görürdü. Dövrünün A.Şopenhauer, F.Nitsşe, O.Veyninger və qadın dəyərsizliyi haqqında yanlış nəzəriyyənin digər burjua nümayəndələri belə hesab edirdilər ki, təbiət qadınlara yalnız hiyləgərlik, yalançılıq, xəyanətə meyllilik, naşükürlük hissləri bəxş etmişdir.
Qeyd edək ki, 60-cı illərdə qadın hərəkatında ekstremist cinah deyilən bir tərəf fəallaşdı. Onlar keçmiş matriarxat cəmiyyətindən fərqli olaraq, ərə getmir, qüvvətli "cinsin"- kişilərin heç bir sahədə tabeçilik funksiyalarını qəbul etmir və bunu qəti surətdə rədd edirdilər. Feminist ərli qadınlar kişiyə tabe olmamağın bir forması kimi "missis" müraciət formasını inkar edib, onlara "miss" deyə müraciət etməyi tələb edirdilər. Əsas səbəb isə gətirilirdi ki, "missis" müraciət forması məhz qadının bir şəxsiyyət kimi kişidən asılı olduğunu, onun tabeçiliyində qaldığını açıq aydın diqqətə çatdirirdi.
Emansipasiya uğrunda hərəkat zamanı bir neçə cərəyan fəaliyyət göstərirdi:
Bərabərlikçi Formalar:
Bərabərlikçi Feminizm - Qabaqcıl feminist liderləri də ehtiva edən əksəriyyət bunun feminizmin bir forması olduğunu qəbul etmir.
Fərdçi Feminizm - (Libertarian Feminizm olaraq da bilinir)
Liberal Feminizm
Qadın Mərkəzli (Gynocentric) Formalar:
Mədəni feminizm
Cinsiyyət Feminizmi
Pop Feminizm
Radikal Feminizm
Basqının ataxaqanlıqdan Qaynaqlandığını Qəbul edənlər:
Anarko-Feminizm
Radikal Feminizm
Fransız Feminizm
Seks Radikal Feminizm
Basqının xüsusi mülkiyyətdən qaynaqlandığını qəbul edənlər:
Marksist Feminizm
Sosialist Feminizm
Ayrımçı (Segregationalist):
Lezbiyan Feminizm (Lezbiyan ayrımçılığı/Lesbian separatism) )
Ayrılıqçı feminizm/Seperatist Feminizm
afrikan-Amerikan
Qara Feminizm / Black Feminism
qadınçılıq/Womanism
qərb-Xarici :
Üçüncü Dünya Feminizm
Müstəmləkə Sonrası Feminizm
Feminizm tərəfdarlarına görə ədalət, hakimiyyət, öhdəliklər və s. nəzəriyyələrdə maskulin təcrübə əks olunur, bu səbəbdən də onların hamısına bəşəriyyətin əks tərəfi olan qadınların həyat təcrübəsi nəzərə alınaraq yenidən baxılmalıdır.
Əsrlər keçdikcə, qadınlar öz hüquqsuzluğunu dərk edib buna qarşı mübarizəyə qalxaraq, qadınlara kölə kimi baxılmasına son qoydu, onlar ictimai işlərdə kişilərlə bir yerdə işləmək, siyasətdə təmsil olunmaq kimi məsələlərdə uğur qazandılar amma təbii ki, müəyyən yerlərdə və şəraitdə. Qəbul etməliyik ki, bu hər yerdə özünü doğrultmadı. Hal - hazırda bir çox yerlərdə hələ də qadına kölə kimi baxılır, cəmiyyətdən təcrid olunur, qızların təhsilə cəlb olunmasına çox da əhəmiyyət verilmir və bununla bağlı ciddi tədbirlər görülmür. Amma qadınların bu dövrə qədər gördükləri tədbirlər nə qədər əhəmiyyətli olsa da, məncə, qəbul etmək lazımdır ki, kişilərlə tam olaraq eyni hüquqlara malik olmaq mümkün deyil. Çünki elə məsələlər var ki qadınlar bunu etmək gücündə deyil,eləsi də var ki, kişilər onların qarşısında acizdirlər. Deməli, qadın və kişi hüquqları bir - birini ədalətli şəkildə tarazlaşdırmalıdır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Yaponiya vətəndaşlara xəbərdarlıq etdi: Fəlakətə hazır olun
-
Nəzakət Məmmədovanın qızının toyundan görüntülər - (Video)
-
Vurulan gəmidən sağ çıxan dənizçinin övladlarına qovuşduğu an - (Video)
-
Evlənməyə vaxtları yoxdur
-
Demet Akalın əri ilə illərdir ayrı yatır
-
Boşanan Nara bu dəfə aktrisalığı ilə gündəmdə – Səhnələri müzakirə yaratdı - (Fotolar)
XƏBƏR LENTİ
-
Ayın 28-də intensiv yağış yağacaq - Proqnoz
-
Xəstəxananın şöbə müdiri 100 min manat mənimsəməkdə ittiham olunur
-
Qazaxda hamamda partlayış - 36 yaşlı kişi xəsarət aldı
-
Azərbaycanda hüquq-mühafizə və məhkəmələrə 3,4 milyard manat ayrılacaq
-
Yaponiya vətəndaşlara xəbərdarlıq etdi: Fəlakətə hazır olun
-
Bu şəxslərin iş və istirahət saatları dəyişdirilir - Yeni qərar
-
BMT-nin Baş katibi kim olacaq? - Azərbaycan mövqeyini açıqladı
-
Dünyada bu meyvə bahalaşacaq
-
Nəzakət Məmmədovanın qızının toyundan görüntülər - (Video)
-
Məhkəmədən mühüm qərar: Barışıq olan yerdə azadlıq mümkündür
-
Prezident İlham Əliyev: Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq
-
Prezident İlham Əliyev: Müstəqil siyasətimiz bizə çox böyük hörmət qazandırıb - (Video)
-
Vurulan gəmidən sağ çıxan dənizçinin övladlarına qovuşduğu an - (Video)
-
Türkiyənin 30 vilayətində əməliyyat: 85 nəfər tutuldu
-
Prezident İlham Əliyev: Bu gün Azərbaycan qeyri-sabit regionda sabitlik adası kimi görünür - (Video)
-
Evlənməyə vaxtları yoxdur
-
Prezident İlham Əliyev: Müstəqil ölkəyə necə yaşamaq, nəyi etmək, nəyi etməmək barədə dərslər verilməli deyil - (Video)
-
Prezident İlham Əliyev: Ölkəmizdə 35 ildə qazanılmış nailiyyətlər Azərbaycan xalqı tərəfindən əldə edilmişdir - (Video)
-
Prezident İlham Əliyev: İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır
-
Prezident İlham Əliyev: Azərbaycan təcrübəsi bəzi münaqişələrin aradan qaldırılmasına xidmət edə bilər
-
Səday Alıyevə cinayət işi açıldı - Üç milyonluq mənimsəmə
-
Prezident İlham Əliyev Dialoq Forumunda Azərbaycanın öz torpaqlarını azad etməsindən danışıb
-
"Həzi Aslanov" stansiyası açıldı - (Yenilənib)
-
Prezident İlham Əliyev: Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlər üzrə birlik nümayiş etdirir





