Maraqlı

Dünyanın ən qəddar 25 həbsxanası - SİYAHI - ARAŞDIRMA

9 Sentyabr 2013 19:25
0 Şərh     Baxış: 21 911
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Cəmiyyət insanlarını məhbuslardan fərqləndirən bir neçə xüsusiyyətlər vardır ki, bunun da ən əhəmiyyət kəsb edənləri insanın bəzi mənəvi keyfiyyətləridir. Bu fərqləndirici keyfiyyətlər insanın nəfsi, iradəsi və səbridir. Bu göstəricilər Rixter şkalası ilə götürsək 6-dan aşağıdırsa, insanın hər hansısa istənilən növ cinayət törətməsi heç də təəccüblü hal deyil. Hər törədilən cinayətin də həbs cəzası kəmiyyət və keyfiyyətcə fərqlidir. Gələcək məhbuslar tərəfindən törədilən cinayətin növündən, qəddarlıq dərəcəsindən asılı olaraq cinayətkarlara verilən sonrakı həbs dövrünün çətinlik dərəcəsi düz mütənasibdir.

Milli.Az Kultura.az-a istinadən bildirir ki, kütlə və cəmiyyət üçün eləcə də digər məhbus yoldaşlarının təhlükəsizliyini təmin eləməkdən dolayı daha ağır cinayət törətmiş daha ağır şərtlər daxilində ömrününü həbs həyatını daha ciddi həbsxana rejimində (ağır cinayət məntəqələrində, pis şərait daxilində, 24 saat nəzarət altında, xüsusi kameralarda və s.) davam eləyir.

İlya Matanov adlı soyadlı bir rus sosioloqu isə dünyanın ən qəddar 25 həbsxanası klassifikasiyasını yaratdı. Dünya həbsxanaları arasında elələri var ki, onlar öz televiziyaları, kitabxanaları, idman zalları, yüksək keyfiyyətli yeməkxanaları ilə öyünürlər. Bəzi həbsxanalar isə sadəcə "Yer üzərindəki cəhənnəm" statusuna malikdir.

1. Tstenqli həbsxanası

Dünyada güclü izlənmə ilə qorunan 6 həbsxanadan biri olan bu cinayət məntəqəsi Honkonqda 1937-ci ildən fəaliyyət göstərir. Bu təcridxana edam olunan cinayətkarların sayına görə beynəlxalq statistikada birinci yerdədir. 1 il ərzində burada 120-dən çox məhbus asılaraq edam olunur. Yaponların işğalı nəticəsində isə burada 600-dən çox məhbus qətlə yetirilib. Əsasən burda olan cinayətkarların çoxu dezertir və sərhədləri qanunsuz olaraq keçənlərdir. Hal-hazırda həbsxanada 3000-dən çox məhbus var ki, onlarda həbsxana daxili qaydaları ciddi şəkildə pozur.

2. Attiki islah müəssisəsi

Bu həbsxana 1930-cu ildə Nyu-Yorkda xüsusən ölkə, ölkənin gələcəyi və cəmiyyəti üçün təhlükəli olan məhbuslar üçün inşa edilib. Bu həbsxanada yalnız Amerikalı cinayətkarlar yox, Amerika aleyhinə olan bir çox cinayətkarlar da təcrid olunub. Attiki həbsxanasının "məyus olunmuş şöhrəti" yəni məşhurluğu 1971-ci ilin 9 sentyabrında baş vermiş üsyanla (bunt) bağlıdır. Saxlanılan 2200 məhbus üsyan edərək təcridaxananın 33 əməkdaşını girov götürmüş və yaşayış şəraitinin yaxşılaşmasını eləcə də siyasi azadlıqlarını və hüquqlarını tələb etmişlər. 1 ay müddətində çəkən çəkişmə nəticəsində həbsxananın 39 qoruqçusu və qulluqçu həlak olmuşdur.

3. Montelyupix həbsxanası

Təhlükəli və qorxulu nasist həbsxanalarından biri hesab olunan bu yer 2-ci dünya müharibəsi ərzində siyasi məhbuslar, dezertirlər, Britaniya və Sovet cəsuslarının yerləşdirilməsi üçün gestapo rejimli cəzaçəkmə məntəqəsi idi. Həbsxana Polşada indi də fəaliyyət göstərir. 1940-44-cü illər ərzində Montelyupix həbsxanasında nə az nə çox düz 50.000 məhbus həlak olub. Bu həbsxananı digərlərindən fərqləndirən əlamət oldur ki, məhbuslar törətdikləri əməlləri danarkən, onların dindirilmə zamanı çox ağır, acımasız və insafsız orta əsrlərə məxsus qəddar işgəncələrdən istifadə olunurdu.

4. Düşərgə 1391

İzrailin Tel-Aviv şəhərinə yaxın yerləşən hərbi həbsxana xüsusi təhlükəli məhbuslar üçün nəzərdə tutulub. Onun mövcud olmaslı haqda 2003-cü ilə qədər təsəvvür belə yox idi. Əvvələr məxfi fəaliyyətlə məşqul olan həbsxana İzrail Ali Məhkəməsinin qərarı ilə indi açıq fəaliyyət göstərir.

5. "Vladimirskiy Çentral"

Həbsxana 1783-cü ildən tikilib. O öz şöhrətini Sovet İttifaqı zamanı əksər siyasi məhbusların həbsindən sonra qazandı. İndiki məşhurluğunun səbəbi isə həbsxanada olan yoluxucu xəstləliklərin ağırlılıq dərəcəsi və qoruyucu məhbus arasında baş verən sadist əlaqələridir. Qoruqçular məhbusları kameralardan zorla çıxardaraq əllərini divara bağlayaraq məhbuslar özlərindən gedənə qədər vəhşicəsinə döyürlər. Hətta bu çox hallarda ölümlə nəticələnir. Bəzən isə qoruqçular məhkumları bir- biri ilədalaşmağa məcbur edirlər.

6. Maksimum ciddi rejimli Kimiti həbsxanası

Bu yer azadlıqdan məhrum olan insanların acınacaqlı həyat və yaşayış şəraiti ilə diqqəti cəlb edir. Həmçinin ən çox rast gəlinən hallar qoruqçular tərəfindən vəhşicəsinə döyülmüş məğlub məhbuslar və qoruqçuların sadomiya fantaziyalaraına tuş gələn məhbuslardır. Burada qidasızlıq,aclıq, vəba, taun, xora xəstəlikləri normal qəbul edilən hallardır. Hal-hazırda Keniyada Fəaliyyətdə olan aktiv həbsxanalardandır.

7. Butırka həbsxanası

Rsiyanın paytaxtı Moskvada yerləşən böyük sahəni əhatə edən bu həbsxana qəddarlığı ilə məşhurdur. Müəyyən bir dövr ərzində həbsxanada 20000 məhbus saxlanılırdı ki, onların dabir qismi törətdikləri cinayətlərdən dolayı güllələndi.

Məhbuslar istənilən nəyəsə etiraz edəndə ya üsyan etmək niyyətində olanda müdiriyyət həmişə zorakılığa əl atırdı. Kameralarda gigiyenik sanitar qaydaların demək olar ki, olmadığı bir vəziyyətdə QİÇS və vərəm epidemiyaları baş alıb gedir. Hər il 100 lərlə məhbus bu xəstəliklərin qurbanı olur.

8. Nayrobi həbsxanası

1911-ci ildə inşa edilən həbsxanada 800 məhbus var idi. 2003-cü ildə bu rəqəm 3000-ə qədər qalxdı. Elə bu səbəbdən də hal-hazırki Nayrobi həbxsxansı dünyanın ən izdihamlı həbsxası statusuna layiq görülüb. Nəticədə də bu həbsxanada gigiyenik sanitar problemlər mövcuddur ki, məhbuslar öz psixi və fizioloji sağlamlıqları ilə mübarizə aparır, yaşayış şəraitindən narazılıq edir. Həbsxana kameraları xarab olmuş qida, məşəl, iylənmiş zibil iyi verir.

9. Blek Biç həbsxanası

Bu həbsxana qoruqçular tərəfindən məhbuslara qarşı göstərilən qəddarlıq və şiddət əlamətlərindən, qidasızlıqdan, izdihamlı olmasından, siçovul hücumlarından, eləcə də qoruqçuların ciddi qayda pozuntularından məşhurlaşıb. Məhbuslar tez-tez xroniki xəstəliklərdən həlak olur. Həbsxanadan qaçışların sayı da az deyil. Lakin buna elə də əhəmiyyət verilmir. Məhbuslar həmişə kameralarında qoruqçu işgəncəsi qorxusu altında yaşayır, bu proses həyata keçəndə isə çox hallarda ölümlə nəticələnir. Həbsxana Qvineyada fəaliyyətdədir.

10. Voloqodskiy pyatak

Rusiyada adada yerləşən bu həbsxanaya bəzən "Alkatrasın rus versiyası" da deyirlər. Həbsxana göl ilə təcrid olunub ki, burada da ən qəddar və təhlükəli cinayətarlar məhkum olunub. Amma, maraqlı burasıdır ki,fəaliyyətdə olan ciddi müşahidə kameraları və üsulları nəticəsində məhbbuslar qoruqçular və bir-biriləri tərəfindən zorakılığa məruz qalmır. Kameralarda əl-üz yuyanlar və tualet yoxdur.

11. San Xuan de Luriqanço həbsxanası

Cənubi Amerikanın ən sərt həbsxanası hesab olunan bu yer 2500 məhbus üçün yararlı olsa da burada hal-hazırda 7000 məhbus var. Rejim ciddi olsa da həbsxanada kameralar vasitəsilə izləmə yoxdu. Buna görə də məhbuslar br-birilərinə istədikləri şeyi sata bilirlər DVD disklərdən narkotikə qədər. "Xoruz" davaları bura üçün normal haldır. Məhbuslar korpusun ətrafında istədikləri vaxt sərbəst veyllənə bilər.

12. Raykers-Aylend həbsxanası

Amerikanın məşhur həbsxanalarından biri olan Raykers- Aylend digər həbsxanalardan öz spesifik vəhşilikləri ilə fərqlənir. Belə ki, burada məhbuslara qoruqçular tərəfindən gecə gündüz vəhşicəssinə münasibət göstərilir. Onlar ağır vəziyyətə düşənə qədər döyülür. Hətta bəzən bunu qoruqçuların əyləncəsini təmin eləmək üçün məhbuslar bir-biriləri ilə ölümcül vəziyyətə düşənə qədər dalaşırlar. Bu tendensiya 2007-ci ilə qədər davam edirdi. Bu ildə döyülmək və işgəncə proseslərinə müdiriyyət tərəfindən nisbətən də olsa qadağa qoyuldu. Belə ki, qoruqçularınarzularını yerinə yetirməyə məcbur olan bir məhbus 17 yaşlı öz kamera yoldaşını zorladıqdan sonra onu vəhşicəsinə döyərə qətlə yetirdi. Bu prosesi də qoruqçular startdan finala qədər sakit vəziyyətdə tamaşaçı mövqeyindən seyr edirdilər. Bu həbsxanada qoruqçuların ağır təzyiqi nəticəsində bir çox psixoloji zəif məhbusların intiharına gətirib çıxarır.

13. San Kventin həbsxanası

Amerikanın köhnə həbsxanası hesab edilir. Həbsxana Kaliforniya ştatında 1852-ci ildə inşa edilib. Bu həbsxananı digərlərindən fərqləndirən əlamət qadın və kişi məhbusların bir yerdə olmasıdır. Bu təcridxanada istənilən qayda pozuntusu normal qəbul edilir.

14. Qldani həbsxanası

Ola bilər ki, Gürcüstanda baş verən cinayətkarlıqlar Amerika və Avropa ilə müqayisədə nisbətən aşağı səviyyədə olsun, amma, nəticədə vəziyyət Amerika həbsxanalarından heç də fərqlənmir. Məhbusların yaşayış tərzi, həyat fəaliyyətləri elə dəürə aqçan deyil. Həbsxanada epidemiyalardan hər il kifayət qədər məhbus tələf olur. Ən çox yayılan xəstəlik vərəmdir. Qldanidə məhbuslar vəhşicəsinə fiziki, psixoloji və seksual təzyiqlərə məruz qalır.

15. Le Sante həbsxanası

Fransanın paytaxtı Parisdə yerləşən həbsxanaya fransızlar kinayə ilə "sağlamlıq" deyir. Amma, həbsxananın belə adlanması heç də o demək deyil ki, burada sağlam məhbuslar olur. Məhbusların nə fiziki nə də psixoloji vəziyyəti qənətbəxşdir. Məhbuslar çox ağır və qorxulu vəziyyətdə yaşamağa məcburdurlar. Onların yaşadıqları kameralar siçovullarla dolu olur. 2002-ci ildə bu siçovullara tab gətirməyərək 122 məhbus öz həyatlarına son qoyub. 2003-cü ildə isə 73 nəfər özlərini boru təmizləyən xlor tərkibli məhlulu içərək öldürüblər.

16. Alkatras

1920-ci ildə San Fransiskoda inşa edilən bu həbsxanaya yerli camahat "cəhənnəm həbsxanası ", "qayalıq" və ya "iblis adası" deyirlər. Həbsxananın proekti düşünülmüş şəkildə qurulub ki, oradan qaçış təşil etmək qeyri-mümün olsun. Qoruqçular məhbuslarla çox sərt davranır. Məhbusları tam sakit olmağa, onları söhbət etməyə, pıçıldamağa, hətta öz kamera yoldaşı ilə belə danışmağa icazə vermirlər.

17. Gitarama mərkəzi həbsxanası

Bu yer elə arasında "ən pis cəhənnəm" adı ilə məşhurdur. Özünüz təsəvvür eləyin. Məhbuslar tavanı olmayan, sahəsi cəmi 1m2 olan kərpic evlərdə yaşayırlar. Həbsxana 400 nəfər üçün nəzərdə tutulmağına baxmayaraq, orada məhbusların sayı 7000-i keçir. Həbsxanın bir adama düşən hissəsi də elə bu səbəbdən azdır. Ümidsizliklə mübarizə aparan məhbuslar ən çox qanqrena və dizenteriyadan balacakameralarda əziyyət çəkirlər. Mövsümün bütün iqlimlərinə, temperatura, istiyə, soyuğa dözməyə məcburdurlar. Onlar üçün qidasızlıq normal bir haldır.

18. Diyarbəkir həbsxanası

Dünyada insan haqlarının pozulduğu , məhbuslara qarşı ən çox sayda ədalətsizlik olan və çox sayda sadist münasibətli həbsxanadır. Həbsxana məhbuslara fiziki və psixoloji zorakılıqlara görə özünə xüsusi məşhurluq tapıb. Həm də yaşayış üçün şəraitin yararsızlığı və qoruyucular tərəfindən seksual zorakılıqlar saysız-hesabsız olduğu bir yerdir. Burada hətta uşaq məhbuslar da ömürlük məhkum ola bilər. Məhbuslar öz həbslərini bu həbsxanada yüngülləşdirmək üçün bir neçə yollara əl atırlar. Deməli onlar aclıq aksiyası edərək aclıqdan ölürlər, intihar edirlər ya da öz ətlərini cəsarətlə dişləyərək özlərini yeyib ölürlər.

19. ADX Florence xüsusi ciddi rejimli həbsxana

Bu həbsxananın tikilməsində məqsəd xüsusi terror təşkilatlarına cavab vermək, digər ABŞ həbsxanalarının ciddi rejiminə qarşı siyasi addım atmaq idi. Məhbuslar həbsxananın personal və işçi qüvvələri ilə ünsiyyətə girmək, istənilən yerə getmək qəti qadağandır. Məhbuslar bir-birinə psixoloji təzyiqlər o qədər edir ki, nisbətən zəifləri özlərini öldürməkdən belə çəkinmir.

20. El-Rodeo həbsxanası

Hüqo Çevisin prezidentliyi dövründə Venesuelada cinayətkarlıqların sayı kəskin artdı. Venesuela həbxsanaları 50.000 məhbus saxladı. Bu həbsxanaya riayət etmək həqiqətən çətin idi. 2011-ci ildə bandalar arasında qanlı davalar başladı və hakim təbəqə düz bir aydan sonra idarə etməni əla ala bildi.

21. La Sabaneta həbsxanası

Cənubi Amerikanın ən qəddar islah müəssisələrinədn biri hesab olunan buhəbsxanada zorlanma halı adi bir şeydir. Burada xəstəliklər , aclıq, şəraitsizlik maksimal dərəcədədir. Tibbi müəssisə yox dərəcəsindədir. Ciayətkarlar öz işlərinə həbsxanada da davam edərək müxtəlif növ amansız qətllər törədirlər.

22. Banq Kvanq həbsxanası

Taylandda yerləşən bu həbsxanaya düşən məhbusların çoxu həbs dövrünün ilk birinci ayında psixoloji təzyiqlərə tab gətirməyərək praktiki olaraq ağıllarını itirirlər. Taylandın bu həbsxanası edam cəzası alan məhkumlar üçün ideal yerdir. Bu yer personalların sayının həddindən çox olması və yaşayış şəraitinin demək olar i mövcud olmadığı bir yer kimi tanınır.

23. Tadmor hərbi həbsxanası

Beynəlxalq islah müəssisəsi hesab olunan bu yer "çox pis vəziyyət"in başqa növüdür. Suriyada Həfəz əl Əsədin prezidentliyi dövründə o, 1980-ci ildə "Qardaşlar" dini cərəyanı olan bütün məhbusların güllələnməsi əmrini vermişdilər. Qırğın 2 həftə müddətində davam etdi və nəticədə 2400 məhbus güllələndi.

24. Karandiru həbsxanası

Qayda-qanuna riayətin "0" səviyyəsində olduğu bu Braziliya həbsxanasında 1992-ci ildə kütləvi güllələnmə baş verdi. Belə ki, uzun çəkən proses nəticəsində 1300 nəfər güllələndi. 2002-ci ildə isə həbsxananın idarəsi müdiriyyətin əlindən çıxdıqdan çətin də olsa ora bağlandı.

25. Lager 22

Siyasi məhbuslar üçün olan həbsxana 1995-ci ildə inşa edilib. Bəşəriyyətin diqqətini həbsxana 2012-ci ildə Çinə qaçış zamanı cəlb edə bildi. Böyük korpusu olan təcrid xanada 50.000 məhbus var idi. Bəzi bəyanatlardan sonra sonra həbsxananın qoruqçular rəisi 3 qrup məhbusu diri-diri yandırdı. Bu hərəkət gələcəkdə belə qaçışların kökünü kəsmək üçün idi. Bəzi məhbuslar üzərində qəddar işgəncələr və tibbi ölümcül təcrübələr aparırlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.