Maraqlı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Polislər hansı maşınları sürürlər? - FOTO
22 Yanvar 2013 17:13
0 Şərh
Baxış: 16 710
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Hər bir dövlətin polis idarəsinin sərəncamına müxtəlif markalı avtomobillər verilir. Bəzi ölkələr bu zaman qənaət prinsipini əsas tutsa da, bəzi dövlətlərdə yol polisinə bahalı və sürətli avtomobillər alınır. Anspress "Moto-Moto" jurnalına istinadla Azərbaycanda və dünyanın bəzi ölkələrində polisin istifadə etdiyi avtomobilləri araşdırıb.
Azərbaycan
Azərbaycanda yol polisinə, əsasən, BMW-nin 3-cü və 5-ci seriyalarına məxsus avtomobillər verilib. Bakı küçələrində polisləri əsasən BMW-320 modelinin sükanı arxasında görmək mümkündür. Amma eyni zamanda yol polisinin istifadə etdiyi avtomobillər arasında "Hyundai İX35", "Mitsubishi Pajero", "Mercedes" markalı avtomobillərə də rast gəlmək olar.
Rusiya
Rusiya polisi SSRİ dövründə yerli avtomobillərdən istifadə edib. 1990-cı illərdə Rusiyada yerli maşınlarla yanaşı, "Ford", "Audi", "Toyota" kimi xaricdə istehsal edilən avtomobillər alınmağa başladı. Alınan avtomobillər həm sürət, həm də keyfiyyətinə görə Rusiya istehsallı avtomobillərdən daha üstündür. Amma bununla belə, Rusiya polisinin sərəncamında olan avtomobillərin əksəriyyəti yerli istehsaldır.
Almaniya
Alman polisi avtomobil seçərkən çox da əziyyət çəkmir. Avtomobil istehsalında dünyanın lider ölkələrindən sayılan dövlətin polisi yol-patrul xidməti üçün əsasən "Audi A6", "Audi A8" "BMW 3", "BMW 5", "Mercedes-Benz B-klass", "Mercedes-Benz C-klass", "Mercedes-Benz E-klass", "Mercedes-Benz S-klass", "Mercedes-Benz Vito", "Opel Insignia", "Opel Astra", "Opel Omega", "Opel Zafira", "VW Passat", "VW Sharan","VW Touran" kimi avtomobillərdən istifadə edir.
Amerika
Amerika da böyük dövlətdir və uzun yollara sahibdir. Polis üçün seçilən avtomobil həm güclü, həm də dözümlü olmalıdır. Bu səbəbdən avtomobillər tez-tez sınaqdan keçirilir. Bu yaxınlarda keçirilən testin nəticələrinə görə, "Dodge Charger Pursuit" modeli "Michigan State Police Vehicle Evalution" avtomobillərindən üstün oldu. Bu səbəbdən Birləşmiş Ştatların polislərinə V8 tipli, 5.7 litrlik, 375 at güclü mühərriklə təchiz edilmiş "Dodge Charger Pursuit" avtomobilləri alınıb.
İtaliya
İtaliya idman avtomobillərinin vətəni hesab edilir. İtalyan polisi, əsasən, yerli avtomobillərdən istifadə edir. Amma bununla belə karabinyerlərə bu yaxınlarda "Lamborghini Gallardo" idman avtomobili verilib. 10 silindrli güclü mühərrik qanunu pozan şəxslərin kabusuna çevrilib. Avtomobil təkcə cinayətkarları təqib etmək üçün nəzərdə tutulmayıb. Yük hissəsində yerləşən soyuducu qəza zamanı donorların orqanını birbaşa xəstəxanaya çatdırmaq üçün düşünülüb.
İngiltərə
İngiltərə polisi ötən il "Lexus İS-F" modelini sıralarına qatıb. Amma adıçəkilən avtomobil polis bölmələrində bir il sınaqdan keçirilib. V8 tipli, 423 at güclü avtomobil 100 km/saat sürəti 5 saniyədən də az müddətə əldə edir. Dumanlı Albionun qanun keşikçiləri eyni zamanda Lotus markalı idman avtomobilindən, BMW-nin 5-ci seriyasından da istifadə edir. Britaniya polisini bir çox hallarda "Yuaguar" və "Mitsubishi" markalı avtomobillərin də sükanı arxasında görmək mümkündür.
Çexiya
Çexiyada dövlət tərəfindən polis əməkdaşlarına əsasən yerli istehsal avtomobili verilir. Bu avtomobillər sırasında Şkoda markasının modelləri yer alır. Amma siyahıda Ford avtomobilinin də payı var. Bu yaxınlarda isə 3.6 litr həcmli, 6 silindrli mühərrikə malik tam ötürücülü, universal tipli "Volkswagen Passat R36 4MOTION" avtomobili Çex polisinin ixtiyarına verilib. 300 at güclü mühərriklə təchiz edilmiş avtomobilə videokamera və radarlar quraşdırılıb.
Dubay
Dubaya səyahət edənlər gözəl bilir ki, küçələrdə polisə nadir hallarda rast gəlinir. Amma ehtiyac yarananda bir telefon zəngi ilə polislər hadisə yerinə gəlir. Adətən Dubay polisi yol kəsişmələrində qəza zamanı və ya vacib bir şəxsin korteji keçən zaman növbədə durur. Adətən varlı şəhərin polisləri "Mercedes" və "BMW" markalı avtomobillərdən istifadə edir. Bununla yanaşı, bir neçə bahalı idman avtomobili də polislərin sərəncamındadır.
Kanada
Kanada polisi bir çox hallarda atdan istifadə edir. Amma ərazisi böyük olduğundan helikopterlər, katerlər və zirehli texnikalardan istifadə edilir. Şimal ölkəsinin polisləri "Ford Crown", "Chevrolet Impala","Chevrolet Lumina", "Chevrolet Caprice", "Chevrolet Camaro", "Chevrolet Cube Van", "Chevrolet Suburban", "Land Rover", "Ford Mustang", "Ford Expedition", "Ford Explorer" kimi avtomobillərdən istifadə edir.
İspaniya
1986-cı ildə qəbul edilən qanun İspaniya polis sisteminin əsas reformalarından biri sayılır. Əvvəllər polisin forması qəhvəyi rəngdə olduğu üçün yerli ispanlar onları La Madera adlandırırdı. Eyni zamanda xalq polisləri bəzən "La Pasma" deyə çağırır. İspaniya polisi "Citroen C4 Picasso", "Mercedes-Benz Sprinter", "VAMTAC", "Citroen Jumpy" kimi avtomobillərdən istifadə edir.
Türkiyə
Türkiyə polisi müxtəlif markalı avtomobillərdən istifadə edir. Əsasən yerli istehsal avtomobillərdən istifadə edən türk polisi "Fiat Doblo", "Ford Transit Connect", "Tofaş Şahin", "Renault Toros", "Renault Megane 2", "Renault Clio Symbol", "Fiat Ducato" markalı maşınlarla təmin edilib.
İran
İran polisi təyinatına görə müxtəlif markalı avtomobillərlə təchiz edilir. Eyni zamanda İranda polis əməkdaşları motosikletlərdən də istifadə edir. Tehran və digər iri şəhərlərin polis əməkdaşları "Mercedes" markasının E və C sinfinə məxsus maşınlarla hərəkət edir. Eyni zamanda yerli istehsal maşınlar, müxtəlif yolsuzluq avtomobilləri də İran polisinin sərəncamına verilir.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Azərbaycanda istehsal olunan mallar Ermənistana ixrac olunub (FOTO)
-
“Bu son videom olacaq”
-
Bu imtahanda 300 bal olmadı
-
Yeni direktor icra başçısının qardaşı imiş
-
Mahir Emreliyə bu ölkədən təklif var
-
Leyla Əliyeva və Arzu Əliyeva Lənkəranda şəhid ailəsini ziyarət ediblər - FOTO
-
Aşığın maşını yanıb külə döndü - VİDEO
-
"Kəpəz"in bıçaqlanan futbolçusu klubunu dəyişir
-
Gi Parmelin Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
-
"Uzak Şehir"də sürpriz ayrılıq
-
Əli Əsədov Mixail Mişustinlə telefon danışığı aparıb
-
İlham Əliyevlə Məsud Pezeşkian arasında telefon danışığı olub
-
Bakıya şiddətli dolu düşməsinin səbəbi AÇIQLANDI
-
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb - FOTO
-
Leyla Əliyeva və Arzu Əliyeva Lənkəranda yerli sənətkarın yaradıcılığı ilə tanış olublar - FOTO
-
Sığorta şirkətlərinin açıq sığorta modeli tətbiq ediləcək
-
Bulvarda gənc qıza qarşı zorakılıq edən şəxs həbs olundu - VİDEO
-
İspaniya Kralı Prezident İlham Əliyevi təbrik edib
-
Leyla Əliyeva və Arzu Əliyeva Lənkəranda uşaq evini ziyarət ediblər - FOTO
-
Paytaxta yağan dolunun ölçüsü məlum oldu
-
Makron Prezident İlham Əliyevi təbrik edib
-
Bakıda ölkənin ən dəbli uşaqları seçildi – gələcəyin podiumu “Azerbaijan Kids Best Model 2026” - FOTO
-
Beynəlxalq Barbekü Festivalı yenidən Şamaxıda - VİDEO
-
Donald Tramp Prezident İlham Əliyevi təbrik edib