14 santimetrdən kiçik bananların ölkəyə girişi qadağan edildi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Rusiya tarixində ilk dəfə olaraq banan idxalı üçün rəsmi dövlət standartını (GOST) qəbul edib. 2026-cı ilin mart ayından qüvvəyə minəcək yeni qaydalara əsasən, ölkəyə gətirilən bananların keyfiyyətinə və ölçüsünə ciddi nəzarət ediləcək.
Milli.Az xəbər verir ki, Rusiyaya idxal edilən hər bir bananın uzunluğu ən azı 14 santimetr olmalıdır. Bundan kiçik meyvələrin satış məqsədilə ölkəyə girişi qadağan edilir.
İdxal zamanı bananların yaşıl və ya açıq yaşıl rəngdə olması icbaridir. Sarı (artıq yetişmiş) bananların idxalı məhdudlaşdırılır. Məqsəd meyvələrin istehlakçıya çatana qədər Rusiyadakı xüsusi anbarlarda yetişməsini təmin etməkdir.
Bir banan demetində (salxımında) ən azı 3 ədəd meyvə olmalıdır. Demet daxilində yalnız bir ədəd zədələnmiş meyvəyə icazə verilir, o şərtlə ki, onun saplağı yaşıl qalsın.
Yeni qaydalar meyvənin dadına da təsir edir; kəsildikdə süd şirəsi ifraz etməli və yüngül xiyar ətri verməlidir.
Rusiya Standartlaşdırma Qurumu (Rosstandart) bildirir ki, bu addım bazarda aşağı keyfiyyətli məhsulların qarşısını almaq və istehlakçıları standartlara cavab verən təzə meyvə ilə təmin etmək üçün atılıb. Eyni zamanda, Rusiya son illərdə Ekvador bananından asılılığı azaltmaq üçün Hindistan kimi ölkələrdən idxalı artırır və ölkənin cənubunda (Stavropol və Soçi) istixana şəraitində banan yetişdirilməsi layihələrinə başlayıb.
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Həftə sonuna qədər uğur qazanacaq bürclər
-
16 min nəfərin yuxusu araşdırıldı - telefonlar yuxumuza niyə girmir?
-
Köhnə kompüter monitorunu televizora çevirmək üçün sadə və ucuz üsul
-
Nə yulaf, nə qranola: Qatığa bir qaşıq əlavə edənlərin bağırsağı mühərrik kimi işləyir
-
Nə tualet fırçası, nə də zibil qutusu - ən təhlükəli əşya mətbəxdə imiş
-
Kartof qaynadarkən 1 stəkan əlavə edin - dağılmır, qabığı öz-özünə soyulur
XƏBƏR LENTİ
-
Həftə sonuna qədər uğur qazanacaq bürclər
-
“Dostları ərimi xəyanətə təşviq edirlər…” - Yasemin Sakallıoğlu
-
16 min nəfərin yuxusu araşdırıldı - telefonlar yuxumuza niyə girmir?
-
Köhnə kompüter monitorunu televizora çevirmək üçün sadə və ucuz üsul
-
Nə yulaf, nə qranola: Qatığa bir qaşıq əlavə edənlərin bağırsağı mühərrik kimi işləyir
-
“Oktay Kaynarca ilə görüşməli idim...” - Pərvin Abıyeva
-
Nə tualet fırçası, nə də zibil qutusu - ən təhlükəli əşya mətbəxdə imiş
-
Şəmkirdə ağır qəza - 2 nəfər ölüb, 1 nəfər yaralanıb
-
Kartof qaynadarkən 1 stəkan əlavə edin - dağılmır, qabığı öz-özünə soyulur
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində 12 Noyabr – Konstitusiya Günü ilə bağlı paylaşım edilib - (Foto)
-
Bakıda məşhur iş adamı avtomobilin altında qaldı: Komaya düşdü - (Foto)
-
Günün qoroskopu: Qarşı tərəf təkliflərinizə müsbət yanaşacaq
-
Brüs Uillisin dili tutuldu
-
İtaliyada 6300 məktəbə bomba xəbərdarlığı göndərildi
-
Nərmin Abdinova Avropa çempionu oldu
-
Bu yol birbaşa Bakı-Quba və Bakı-Şamaxı magistralına çıxacaq - (Video)
-
Orbanın qardaşı həbs edildi
-
Bakıda iri mağazaların yerləşdiyi küçə yağışa görə iflic oldu - (Video)
-
19 ildən sonra ikinci divizion oyunçusu milli komandaya çağırıldı
-
Tayland turist vergisi tətbiq edəcək
-
Rusiyanın ABŞ-dəki səfiri ölüb
-
“Əgər Yamal yox, Messi olsaydı, həyəcan keçirərdim” - “Sabah”ın futbolçusu
-
Arif Mirzəyev vəfat etdi
-
Kəmaləddin Heydərov Polşa səfirliyində olub, başsağlığı verib - (Foto/Video)





