Maraqlı

Yarım litr suya əlavə edin: İllərin kiri bir dəfəyə silinsin

4 Yanvar 2026 20:42
Baxış: 3 386
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Evdəki səthləri, xüsusən də yağlı və çirkli yerləri təmizləmək üçün bahalı yuyucu vasitələrə ehtiyac yoxdur.

Milli.Az santexniklərin və təmizlik mütəxəssislərinin gizli reseptini təqdim edir:

Bu qarışıq həm dezinfeksiya edir, həm də parladır.

Lazım olanlar:

500 ml (yarım litr) ilıq su.

1 yemək qaşığı soda.

Yarım çay stəkanı ağ sirkə.

1 yemək qaşığı qab yuyan maye.

Bir neçə damcı efir yağı (lavanda və ya limon).

Hazırlanma və İstifadə Qaydası:
Yarım litr ilıq suyun içinə əvvəlcə sodanı əlavə edib həll edin. Daha sonra sirkəni yavaş-yavaş tökün (reaksiyaya girib köpə bilər, narahat olmayın).

Sonda qab yuyan mayeni və xoş qoxu üçün efir yağını əlavə edib qarışığı bir sprey şüşəsinə doldurun.

Çirkli səthə (plitə üzəri, mətbəx şkafları, kafel araları və s.) püskürdün və 5-10 dəfə gözləyin.

Nəm bir bezlə sildikdə çirklərin və yağların dərhal süzüldüyünü görəcəksiniz.

Hansı Səthlərdə İstifadə Oluna Bilər?
Yağlanmış şkafları zərər vermədən təmizləyir.

Qaralmış kafel aralarını ağardır.

Ərp ləkələrini və sabun qalıqlarını toxunduğu an parçalayır. (Hamam və ayaqyolu)

Kranları və qab yuyan çanağı (moyka) ilk günkü kimi parladır.

Sirkə təbii bir dezinfeksiyaedicidir, soda isə aşındırıcı xüsusiyyəti ilə səthi cızmadan kirləri sökür. Bu qarışıq həm də ekoloji cəhətdən təmizdir və tənəffüs yollarına zərər vermir.

Lalə Qüdrətova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.