Maraqlı

Bu sərnişinlər təyyarəyə iki yerə bilet alacaqlar

27 Avqust 2025 07:35
Baxış: 653
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Amerikanın "Southwest Airlines" aviaşirkəti artıq çəkisi olan sərnişinlərdən iki yer üçün bilet pulu alacaq. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, aviaşirkət oturacaq seçim siyasətində köklü dəyişikliklər etdiyini açıqlayıb.

Şirkət bəyan edib ki, təyyarədə bir oturacağa sığmayan sərnişinlər "Böyük ölçü" kateqoriyasına aid edilir. 

Onlar "Plus-size" sərnişin sayıldığından hər iki oturacaq üçün bilet almalıdırlar. 

Qeyd edək ki, ABŞ aviaşirkətlərindən "United Airlines", "American Airlines" və "Delta Air Lines" də oturacaq qollarına sığmayan artıq çəkili sərnişinlərdən əlavə ödəniş tələb edir. 

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.