Dünya

"Bu, Rusiya üçün çox pis olacaq"

27 Avqust 2025 10:28
Baxış: 851
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Tramp Rusiyanı "iqtisadi müharibə" ilə hədələyib

Milli.Az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp çərşənbə axşamı xəbərdarlıq edib ki, əgər Rusiya prezidenti Vladimir Putin Ukrayna lideri Vladimir Zelenski ilə sülh danışıqlarına getməsə, Moskva ağır iqtisadi sanksiyalarla üzləşə bilər.

Ağ Evdə keçirilən kabinet iclasında çıxış edən Tramp bildirib:

"Bu, dünya müharibəsi olmayacaq, lakin iqtisadi müharibə olacaq və bu, Rusiya üçün çox pis olacaq. Mən bunu istəmirəm" .

O, hər həftə minlərlə insanın həyatına son qoyan müharibənin artan insan itkisinə diqqət çəkərək, münaqişə uzandığı halda nəticələrin "çox ciddi" olacağını vurğulayıb.

Fidan
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.