Siyasət

İlham Əliyev: Bu, Ermənistan-ABŞ münasibətlərini ciddi şəkildə pisləşdirər

27 Avqust 2025 10:22
Baxış: 458

Güclü xarici müdaxilə olarsa, bəli, bu, razılaşmaları (Vaşinqtonda Azərbaycanla Ermənistan arasında əldə olunan - red.) poza bilər.

Milli.Az xəbər verir ki, bu fikri Prezident İlham Əliyev "Əl-Ərəbiyyə" kanalına müsahibəsində səsləndirib.

"Amma bu, Ermənistanın özü üçün çox zərərli olar, çünki Vaşinqtonda sənədlərin kim tərəfindən imzalanmasından asılı olmayaraq, onlar Ermənistanın adından Ermənistan lideri tərəfindən imzalanıb", - deyən dövlətimizin başçısı vurğulayıb ki, əgər orada hər hansı dəyişiklik baş verərsə və imzalanmış sənəddən geri addım atılarsa, bu, Ermənistan ilə ABŞ arasındakı münasibətləri ciddi şəkildə pisləşdirər.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.