Dünya

ABŞ-yə səyahət bahalaşacaq - Viza rüsumları artıb

27 Avqust 2025 08:24
Baxış: 343
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

ABŞ viza rüsumlarını əhəmiyyətli dərəcədə artırıb. 

Milli.Az xəbər verir ki, bu ölkədə turist vizası üçün müraciət rüsumu 135 faiz artaraq,185 dollardan 435 dollara yüksəlib. 

Beləcə, ABŞ viza rüsumları dünyanın ən bahalı vizaları sırasına daxil olub.

Konqresin Büdcə Ofisi (CBO) yeni ödənişlərlə illik 2,7 milyard dollar əlavə gəlir əldə etməyi hədəfləsə də, turizm sənayesi nümayəndələri bu rəqəmin 29 milyard dollara çatacağını bəyan ediblər. 

Amma turizm sənayesi nümayəndələri yüksək viza rüsumlarının ABŞ üçün turizm gəlirlərinin 29 milyard dollara qədər azalmasına səbəb ola biləcəyindən narahatdırlar. 

Onların qənaətinə görə, qlobal tədbirlərdə ABŞ-nin rəqabət qabiliyyəti zəifləyə bilər. 
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.