Siyasət

Prezident: Bu sənəd Ermənistan-Azərbaycan münasibətlərinin necə qurulmalı olduğu barədə Azərbaycanın baxışına əsaslanır

27 Avqust 2025 10:20
Baxış: 247

Avqustun 8-də Vaşinqtonda paraflanmış sənəd Ermənistan-Azərbaycan münasibətlərinin dövlətlərarası çərçivədə necə qurulmalı olduğu barədə Azərbaycanın baxışına əsaslanır.

Milli.Az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev "Əl-Ərəbiyyə" kanalına müsahibəsində söyləyib.

Sülh sazişinin layihəsi üzrə danışıqlar bir neçə il davam etdiyini, nəhayət Vaşinqtonda Prezident Trampın və onun komandasının böyük dəstəyi ilə başa çatdığını söyləyən dövlətimizin başçısı vurğulayıb: "Mən hesab edirəm ki, bu, münaqişənin, müharibənin sonudur".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.