Maraqlı

Günəşdə partlayış, Yerdə təhlükə – Alimlər "blekaut" xəbərdarlığı verir

27 May 2025 06:06
Baxış: 838
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Son günlər Günəş səthində baş verən güclü partlayışlar alimlər arasında ciddi narahatlıq doğurub. Mütəxəssislər yaxın günlərdə Yerdə genişmiqyaslı elektrik və rabitə problemlərinin yaşana biləcəyi barədə xəbərdarlıq edirlər.

Milli.Az xəbər verir ki, Günəşdə qeydə alınan yüksək intensivlikli alov püskürmələri nəticəsində kosmosda güclü radiasiya fırtınası formalaşıb. Bu radiasiya kütləsi Yer kürəsinə doğru hərəkət edir və telekommunikasiya sistemlərinə, elektrik şəbəkələrinə, peyklərə və naviqasiya avadanlıqlarına zərər vura bilər.

Artıq 14 may tarixində baş verən partlayışın təsirləri hiss olunub. Avropa, Asiya və Yaxın Şərqdə bəzi rabitə xətləri sıradan çıxıb, ABŞ-nin şərq sahillərində isə elektrik təchizatında fasilələr müşahidə edilib.

NASA və digər beynəlxalq kosmik müşahidə qurumları Günəşin fəallığının hələ bir neçə gün davam edə biləcəyi barədə məlumat yayıb. Mütəxəssislər bu cür fövqəladə hallara qarşı effektiv müdafiə tədbirlərinin hazırlanmasını və Günəşi daha da dəqiq izləmək üçün peyk monitorinq sistemlərinin gücləndirilməsini vacib sayırlar.

Asya
Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.