Bu məhsul marketlərdən yığışdırılır - Təhlükəli bakteriya aşkarlanıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Almaniyada yerləşən "Paul Daut GmbH & Co. KG" şirkəti "Penny" marketlərində satılan "Penny Ready ədviyyatlı və qızardılmış toyuq filesi" məhsulunu geri çağırıb.
Milli.Az "sözcü"yə istinadla xəbər verir ki, qərar yoxlama zamanı bu məhsulda təhlükəli Listeria bakteriyası aşkarlanandan sonra verilib. Geri çağırılan məhsullar 250 qramlıq qablaşdırmadadır və üzərində 18-21 aprel 2025 tarixi yazılmış partiyaları əhatə edir. Digər tarixlər bu qərara daxil deyil.
Şirkət bildirib ki, bu məhsulu alanlar qəbz göstərmədən onu mağazaya qaytarıb pullarını geri ala bilərlər.
Listeria nədir?
Listeria bakteriyası orqanizmə düşəndə ürəkbulanma, qusma və ishala səbəb ola bilər. Bəzən isə yoluxma bir neçə həftə sonra özünü qripə oxşar əlamətlərlə göstərir. Bu infeksiya xüsusilə yaşlılar, uşaqlar, hamilə qadınlar və immun sistemi zəif olanlar üçün təhlükəlidir.
Xəstəlik bəzi hallarda ciddi fəsadlara - qan zəhərlənməsi və meningitə səbəb ola bilər. Hamilə qadınlarda isə bu infeksiya dölün itirilməsinə və ya erkən doğuşa gətirib çıxara bilər.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu məhsulu alanlar onu yeməməli, dərhal mağazaya qaytarmalıdır.
İsmayıl
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Antibiotik qəbul edərkən şəkər istehlak etmək bağırsaq bakteriyalarına zərər verə bilər
-
Çuğundurlu kələm turşusu resepti
-
Günün qoroskopu: Ailə daxilində gərginlik yarana bilər
-
Studiyadakı şəxs robotlarla əlbəyaxa oldu - (Video)
-
Abşerondakı partlayış antiperspirantlara görə olubmuş - (Video)
-
Nikol Şerzingerin ayağı yaralansa da, çıxışını dayandırmadı - (Video)
XƏBƏR LENTİ
-
“Bitcoin” 190 min dolları keçə bilər
-
Antibiotik qəbul edərkən şəkər istehlak etmək bağırsaq bakteriyalarına zərər verə bilər
-
Çuğundurlu kələm turşusu resepti
-
İkardidən "Qalatasaray"la bağlı sürpriz qərar
-
"Flydubai" pilotu hər şeyi etiraf etdi
-
Biləsuvarda 26 yaşlı kişi qətlə yetirildi - qohumu saxlanıldı - təfərrüat
-
Ermənistanın Bərdəni raket atəşinə tutmasından 6 il ötür
-
Günün qoroskopu: Ailə daxilində gərginlik yarana bilər
-
Studiyadakı şəxs robotlarla əlbəyaxa oldu - (Video)
-
Türkiyənin ən varlı aktyorları
-
Sabah Yasamalda işıq olmayacaq
-
Abşerondakı partlayış antiperspirantlara görə olubmuş - (Video)
-
Nikol Şerzingerin ayağı yaralansa da, çıxışını dayandırmadı - (Video)
-
İranın neft naziri istefa verdi
-
Salyanda ağır qəza - yaralılar var - (Video)
-
Bakıda iti binadan atan şəxs məsuliyyətə cəlb edildi
-
Türkiyədə 4-cü dəfə zəlzələ oldu - Yenilənib
-
Nemət Pənahov vəfat etdi - (Foto)
-
Şəhanəni qətlə yetirən 33 yaşlı Əsgər Vətən müharibəsi qazisi imiş - (Video)
-
“Gənc futbolçulara güvənməsək, harada oynayacaqlar?” - Ayxan Abbasov
-
Biləsuvarda minik avtomobili aşdı, yaralı var
-
“Bütün mübahisəli qərarlar Azərbaycanın xeyrinə verildi” - Yankauskas
-
Oktyabrın ən şanslı bürcü
-
Şakiranın Madrid konsertində Dua Lipa sürprizi - (Video)





