Maraqlı

Məşhur film şirkəti iflasa uğradı

28 Mart 2025 14:08
Baxış: 446
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hollivudun məşhur film şirkətlərindən biri olan "Village Roadshow Entertainment Group" iflas üçün müraciət edib.

Milli.Az modern.az-a istinadən xəbər verir ki, bu barədə "Wall Street Journal" məlumat yayıb.

Şirkət "Warner Bros" ilə rəqabət və müstəqil kino sektorunun inkişafı nəticəsində maliyyə çətinlikləri ilə üzləşib.

"Village Roadshow Entertainment Group" 1997-ci ildən bəri "Matrix", "Ocean's Eleven" və "Joker" kimi 100-dən çox məşhur filmləri ekranlara gətirib. Bu filmlərin ümumi gəliri on milyardlarla dollar təşkil etsə də, şirkətin hazırda 390 milyon dollar borcu var.

Şirkət iflas prosesinin bir hissəsi kimi film kataloqunu 65 milyon dollara "Content Partners"a satacağını açıqlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.