Maraqlı

Bank səhvən müştəriyə 81 trilyon dollar KÖÇÜRDÜ

28 Fevral 2025 19:54
Baxış: 699
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amerika bankı "Citigroup" səhvən müştəriyə 280 dollar əvəzinə 81 trilyon dollar köçürüb.

Milli.Az xəbər verir ki,  bu barədə "Financial Times№ (FT) qəzeti yazır. 

Nəşrin məlumatına görə, hadisə ötən ilin aprelində baş verib, lakin məlumat indi paylaşılıb. 

Qəzet qeyd edib ki, iki bank işçisi bu əməliyyatı dərhal təsdiqləyib. Maliyyə qurumunun üçüncü əməkdaşı səhvi əməliyyatdan cəmi bir saat yarım sonra hiss edib. Nəşr əlavə edib ki, transfer bir neçə saat sonra ləğv edilib.  Amerika bankı gələcəkdə oxşar halların qarşısını almaq üçün hazırda əməliyyatların yoxlanılması proseslərinin avtomatlaşdırılması üzərində işləyir. "Unikal"

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.