Gürcüstan

Tbilisi Beynəlxalq Hava Limanında təxliyə elan edilib

28 Fevral 2025 21:44
Baxış: 490
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tbilisi Beynəlxalq Hava Limanında təxliyə elan edilib.

Milli.Az xəbər verir ki, buna səbəb hava limanına bomba qoyulması ilə bağlı xəbərin daxil olmasıdır.

Hava limanından uçuşların müvəqqəti təxirə salındığı bildirilir.

Sərnişinlərdən səsgücləndiricilər vasitəsilə gözləmə zalını tərk etmələri istənilib.

Gürcüstan DTX-nın mətbuat xidməti təxliyənin təhlükəsizlik protokolu ilə əlaqəli olduğunu açıqlayıb.

İnsidentlə bağlı ölkənin Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidməti hələki əlavə açıqlama verməyib. /APA

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.