Maraqlı

Ailəsi olmayan şəxslər dəfn edildikdə pul kimə ödənilir? – CAVAB

26 Oktyabr 2024 05:05
Baxış: 330
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əmək pensiyaçısına verilməli olan və onun vəfatı ilə əlaqədar alınmamış əmək pensiyası məbləğini və dəfn üçün müavinəti kimlər ala bilər və bu müavinət nə qədərdir?

Milli.Az lent.az-a istinadən dəfn mərasimi ilə bağlı sualın cavabını təqdim edir.

"Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinə əsasən, əmək pensiyaçısına verilməli olan və onun vəfatı ilə əlaqədar alınmamış əmək pensiyasının məbləği onun notarial qaydada təsdiq olunmuş varisinə ödənilir.

42.2-ci maddəsinə əsasən, əmək pensiyaçısı vəfat etdikdə onun ailəsinə pensiyaçının vəfatı tarixinə əmək pensiyasının minimum məbləğinin üç misli məbləğində dəfn üçün müavinət verilir. 42.3-cü maddəsinə əsasən, əmək pensiyaçısını onun ailə üzvlərinə aid olmayan şəxslər dəfn etdikdə dəfn üçün müavinət həmin şəxslərə ödənilir. Hazırda 840 manat təşkil edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.