Maraqlı

Dünyada ən qədim insan izlərindən biri tapılıb

4 Fevral 2024 22:59
Baxış: 956
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Alimlər Mərakeşdə yer üzündəki ən qədim insan izlərindən birini aşkar ediblər.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu kəşf haqqında elmi məqalə Scientific Reports jurnalında dərc olunub.

Fransanın Cənubi Brittani Universitetindən Munsef Sedratinin başçılıq etdiyi beynəlxalq antropoloqlar qrupu Afrika ölkəsinin şimal-qərb sahillərində 85 izdən ibarət iki cığır kəşf edib. Tapılmış artefaktların yaşı təxminən 90 min ildir. Alimlərin fikrincə, son Pleystosen epoxasından müxtəlif yaş qruplarından azı beş nəfər iz qoyub.

Tapıntının yaşı optik stimullaşdırılmış lüminesans üsulu ilə müəyyən edilib. Elm adamları ayaq izlərinin tapıldığı çimərliyin unikal yerinə diqqət çəkiblər. O, gil çöküntüləri ilə örtülmüş qayalı platformada yerləşir və bu, onların bu qədər yaxşı qorunub saxlanmasına imkan verib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.