Maraqlı

"Instagram" ən böyük problemi həll edir: Mesajlaşmada...

26 Avqust 2023 17:38
Baxış: 1 164
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"İnstagram" yeni funksiyanı test etməyə başlayıb.

Milli.Az olay-a istinadən xəbər verir ki, istifadəçilər bu yenilik vasitəsi ilə onlara gələn mesajı oxuyan zaman qarşı tərəf "oxundu" sözü bildirişini almayacaq. Yəni, mesaj göndərən şəxs mesajanın oxunduğundan xəbərsiz olacaq. 

"Meta" şirkəti "WhatsApp"-da mesajların oxunması ilə bağlı bildirişi söndürməyə imkan verir, lakin hazırda "Instagram" platformasında belə bir seçim yoxdur. Ancaq son xəbərlərə görə, məşhur şəkil paylaşma proqramı tezliklə bu çatışmazlığı aradan qaldıracaq.

Mobil proqram tərtibatçısı Alessandro Paluzzi, "Instagram"-ın "Direct Messages" (DM) bölməsində bu funksiyanın aktivləşdirilməsi ilə bağlı işlərin aparıldığını açıqlayıb. 

Yeni funksiya istifadəyə verildikdən sonra onu hesab parametrləri bölməsindəki "Məxfilik və Təhlükəsizlik" bölməsindən aktivləşdirmək olacaq.

Mesajlaşma zamanı mesajların altında "görüldü" bildirişi olmayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.