Maraqlı

Yatmazdan əvvəl bu maskanı edin

20 Avqust 2023 17:20
Baxış: 962
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hər mövsüm yeyilən alma bədəndəki zərərli maddələri xaric etməklə yanaşı dəri sağlamlığında da istifadə oluna bilər.

Milli.Az Axsam.az-a istinadən bildirir ki, almanı sirkəsi ilə uyğun miqdarda birləşdirərək ölü dəri hüceyrələrindən qurtula bilərsiniz.

Eyni zamanda alma qabığı ilə evdə asanlıqla üzünüzə pilinq etmək mümkündür. Axşam yatmazdan tətbiq edəcəyiniz bu maska yaş artdıqca ortaya çıxan izləri, günəş şüalarının yaratdığı ləkələri aradan qaldıracaq.

Tərkibi:

1 çay qaşığı təbii alma sirkəsi

1 xörək qaşığı evdə sıxılmış alma suyu

Maskanın tətbiq etməzdən öncə üzünüzü təmizləyin. Sirkə ilə alma suyunu qarışdırıb özünüzə çəkin. 10-15 dəqiqə gözlədikdən sonra yuyun. Sonda mütləq nəmləndirici krem çəkin.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.