Maraqlı

Dəridəki ləkələrə son qoyan albalı maskaları

11 İyun 2023 18:00
Baxış: 1 067
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xanımların ən həssas mövzularından biri də hamar və gözəl dəriyə sahib olmaqdır.

Milli.Az Axşam.az-a istinadən bu dəfə ev şəraitində cildə qulluq zamanı yaxşı gələcək albalı maskalarını təqdim edir.   

Dəri ləkələrini sağaldan albalı maskası

Tərkibi:

Albalı
Qatıq
Bal
Şəkər tozu

Hazırlanma qaydası:

Albalının suyunu sıxıb üzərinə bal, şəkər tozu və qatıq əlavə edib qarışdırın. Alınan qarışımı dərinizə çəkib 20 dəqiqə gözləyın. Daha sonra soyuq su ilə yuyun.

Dərini ağardan albalı maskaları

Tərkibi:

5 ədəd albalı
Yarım çay qaşığı bal
Su

Hazırlanma qaydası:

Albalıları qabda əzib, üzərinə bal və su ilə birlikdə krem ​​halına gələnə qədər qarışdırın. Bu maskanı göz ətrafına çəkməməyə diqqət edin. 15 dəqiqədən sonra maskanı yuya bilərsiniz. 2 həftədə bir dəfə müntəzəm olaraq tətbiq etməyiniz tövsiyə olunur.

Tərkibi:

4 albalı
Yarım limonun suyu
2 çay qaşığı bal

Hazırlanma qaydası:

Toxumlarını çıxarıb albalıları əzin. Limon suyu və bal əlavə etdikdən sonra üzünüzə çəkin və 20 dəqiqədən sonra durulayın. Həftədə bir dəfə tətbiq edə bilərsiniz.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.